Senatın Azərbaycan dostluq qrupunun sədr müavinə qə\tnamənin əleyhinə səs verib - Bəs qrupun sədri onda ......

26-11-2020, 17:53           
Senatın Azərbaycan dostluq qrupunun sədr müavinə qətnamənin əleyhinə səs verib - Bəs qrupun sədri onda ......
Azərbaycan və Türkiyə əleyhinə qəbul edilən qətnamənin əleyhinə səs verən yeganə senator
Onu siz də tanıyın!
Dünən Fransa Senatında Azərbaycan və Türkiyə əleyhinə qəbul edilən qətnamənin əleyhinə bircə nəfər səs verib. Həmin şəxs xanım Silvia Gua-Chavindir. Onu siz də tanıyın.
Teref.az xəbər verir ki, bunu politoloq Qubad İbadoğlu yazır.
Daha sonra Qubad İbadoğlu yazır ki, Silvia Senatın Fransa-Türkiyə dostluq qrupunun üzvü və Fransa-Azərbaycan dostluq qrupunun sədr müavinidir, Fransanın bu Azərbaycan və Türkiyə ilə əlaqələrinin inkişafına tərəfdardır. 2013-cü ilin oktyabrında prezident seçkiləri zamanı müşahidəçi qismində Azərbaycana səfər edib.
P.S. Nəzərə alsaq ki, Qətnamənin əleyhinə yeganə Silvia xanım səs verib və o da Fransa-Azərbaycan dostluq qrupunun sədr müavinidir, belə çıxır ki, qrupun sədri ermənipərəstlərin təklifinə dəstək olub.
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.