SON DƏQİQƏ: Azərbaycan bu torpaqları geri qaytarır - 66 ildən sonra

22-12-2020, 22:58           
SON DƏQİQƏ: Azərbaycan bu torpaqları geri qaytarır -
Zəngəzur istiqamətində dövlət sərhədinin yenidən çəkilməsi nəticəsində Qubadlının Şahverdilər kəndinin bir hissəsi Azərbaycan ərazisinə düşüb.

KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, Azərbaycan hərbçiləri hazırda bölgədə sərhədin müəyyənləşdirilməsi işini həyata keçirirlər.

“News.am” saytı yazır ki, sərhədin müəyyənləşdirilməsi zamanı ermənilərdən birinin evi də Azərbaycan ərazisinə düşüb.

Vorotan (Şahverdilər) qəsəbəsinin icma rəhbəri Surik Ohancanyan Azərbaycan hərbçilərinin evi boşaltmaq haqqında xəbərdarlıq etdiyini deyir.

“Azərbaycanlılar GPS ilə sərhədləri müəyyənləşdirməyə davam edir. Evlərdən biri Azərbaycan ərazisinə düşüb. Dedilər ki, “bu bizim ərazimizdir”, biz razılaşmadıq. Hazırda Rusiya sərhəd xidmətinin rəisi məsələni yuxarılarla müzakirə edir, yalnız bundan sonra bəlli olacaq”, – Ohancanyan deyib.

Qeyd edək ki, Bərgüşad çayı üzərində yerləşən Şahverdilər kəndi 1954-cü ildə SSRİ dövründə Ermənistana verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.