İlham Əliyev Paşinyanla görüşəcək: Tarix açıqlandı…
26-12-2020, 20:38
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşəcək. Teref.az publika.az-a istinadən xəbər verir ki, diplomatik mənbələrə istinadən yayılan məlumata görə, İlham Əliyevlə Paşinyan yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə görüşəcək.
“Görüşdə 10 noyabrda imzalanmış üçtərəfli razılaşma ilə bağlı müzakirələr keçiriləcək”, – erməni mənbələr yazır.