Baş Nazir qərar imzaladı – 100 manat məbləğində

26-12-2020, 20:50           
Baş Nazir qərar imzaladı –
Nazirlər Kabineti “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Təhsil Nazirliyinə ödəniləcək haqların məbləği”ni təsdiq edib.

Baş nazir bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, peşə təhsilinə dair qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş biliklərin müvafiq ixtisas üzrə qiymətləndirilməsi və tanınması üzrə bir xidmətin haqqı 100 manat məbləğində, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bacarıq, səriştə və təcrübənin müvafiq ixtisasın təhsil proqramının (kurikulumun) bir modulu üzrə qiymətləndirilməsi üzrə bir xidmətin haqqı 80 manat məbləğində müəyyən edilib.

Eyni zamanda peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin və tanınmasının nəticəsi olaraq təkrar peşə təhsili sənədinin (diplom, sertifikat) itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üzrə bir xidmətin haqqı 20 manat məbləğində müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.