Hamı yerli məhsullarla yanaşı türk malı alsın, xeyir özümüzə və qardaşa qalsın!

27-12-2020, 12:59           
Hamı yerli məhsullarla yanaşı türk malı alsın, xeyir özümüzə və qardaşa qalsın!
Dekabrın 31-dən Ermənistanın türk mallarının idxalına qoyduğu qadağa qüvvəyə minir. Son illər Türkiyədən Ermənistana orta illik idxal 250 milyon dollar ətrafında olub. Ermənıstanın iqtisadiyyat naziri Vaan Kerobyanın mətbuata verdiyi açıqlamaya görə, onlar artıq türk mallarının əvəzedicilərinin hardan alınmasını müəyyənləşdiriblər. Bu Avrasiya İqtisadi İttifaqı, Avropa Birliyi ölkələri, Çin və Gürcüstandır.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyir. daha sonra Qubad İbadoğlu yazır:
Qarabağ müharibəsində tutduğu mövqeyə görə Türkiyəyə iqtisadi və siyasi təzyiqlərə məruz qalır. Odur ki, sahibkar olaraq Azərbaycan və Türkiyə arasında iqtisadi ticari əlaqələrimizi və investisiya əməkdaşlığımızı daha da genişləndirməli, istehlakçı olaraq, malların və xidmətlərin alınmasında, online sifarişlərində türk məhsullarına üstünlük verməliyik. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bunun üçün hələ də lazımı mühit yaradılmır, əksinə bu əlaqələrin məhdudlaşdırılması istiqamətində addımlar atılır. Məsələn, Bakıdan İstanbula və geriyə təyyarə biletinin qiyməti İstanbuldan Nyu-Yorka və geriyə uçuşdan bahadır. Yaxud, İstanbuldan Bakıya gələn sərnişinlər Bakıda daha çox gömrük yoxlamalarına məruz qalırlar, eyni zamanda Türkiyədən Azərbaycana karqo qiymətləri Çindən Azərbaycana karqo qiymətləri ilə müqayisədə xeyli bahadır. Odur ki, təklif edirəm:
1) Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçirilsin və ticari-iqtisadi mütəffiqliyə dair yeni sənədlər imzalansın.
2) 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanan və bu günlərdə Türkiyə Böyük Millət Məclisində təsdiqlənən Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişin subyektinə daxil olan mal qrupların genişləndirilsin.
3) Türkiyə və Azərbaycan arasında ticarət asanlaşdırılmasına və təşviq edilməsinə, mallar üzrə tariflərin azaldılmasına və ya ləğv olunmasına, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunmasına dair yeni saziş imzalansın.
4) Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında swap (ikili bir valyuta mübadiləsi) sazişi imzalansın.
5) Türkiyədən Azərbaycana kaqro daşınmalarında rəqabətli şərait yaradılsın və yük daşımalarının qiyməti real bazar dəyərinə qədər ucuzlaşdırılsın.
6) Türkiyədən idxalla məşğul olan şirkətlər dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində türk mallarına 1 həftəlik güzəşt kampaniyası keçirsin.
7) İstehlakçılar ştrix kodu 869-la başlayan türk mallarının alışına üstünlük versin.
P.S. Türkiye Cumhuriyeti Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan’a ünvanlanan "TC askeri birliğinin Karabağda kontrol etmesi için ilgili anlaşma ve sözleşmeler yapılsın" imza kampaniyasına bu linkdən qoşula bilərsiniz: http://chng.it/tZfLdLyScv
P.P.S. Sizdən daha çox paylaşmağınızı xahiş, mətbuatdan da bu təkliflərin dərcini rica edirəm.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.