Fərhad Əhmədov Ara Abramyana cavab verdi: “Məğlubiyyəti kişi kimi etiraf etmək lazımdır...”
29-12-2020, 07:35

Rusiya Federasiyasının eks-senatoru, Azərbaycan əsilli rusiyalı iş adamı və mesenat Fərhad Əhmədiv “Novaya İzvestiya” internet-nəşrində Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış məktubuna cavab verib. Hansı ki, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev iki gün əvvəl Rusiya ermənilərinin liderinin bu aşağı səviyyəli və ziyalı adama yaraşmayan müraciətinə öz müəllif məqaləsində cavab yazmışdı.
Və indi Azərbaycan diasporunun nüfuzlu liderlərindən birinin Abramyana cavabı da özünü çox gözlətməyib. Gözlənildiyi kimi, 44 günlük Vətən müharibəsi ərzində Rusiya KİV-lərinin səhifələrində vaxtaşırı olaraq erməni təbliğatına öz məqalələri və təhlilləri ilə cavab verən F.Əhmədov Ara Abramyana da cavab yazıb. Onun məqaləsinin tərcüməsini oxuculara təqdim edirik:
* * *
Məktubun (Ara Abramyanın məktubu,-red.) düşməncəsinə xarakteri və tonu lap əvvəldən özünü büruzə verir. Azərbaycan prezidentinə ünvanlanmış müraciətdə nə ad var, nə vəzifə, nə müraciət forması. Müəllif axı özünü nə hesab edir ki, bu cür məktub yazır?
Təsadüfən Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Azərbaycan prezidentinə ya məktubu, ya müraciəti (formasına görə bunu ayrıd etmək olmur) nəzərimi cəlb etdi. Belə desək, bir prezident digərinə yazır. Əminəm ki, məktubun ünvanlandığı şəxs “həmkarını” cavaba layiq görməyəcək, mən hətta əmin deyiləm ki, o, ümumiyyətlə Abramyanın məktubunu oxuyub, ya oxuyacaq. Lakin əminəm ki, Abramyanın məktubunu hətta Paşinyan da oxuyub, hansı ki, hələ noyabr ayında Abramyan başqa məktubunda qəzəblə onu müharibədəki məğlubiyyətin əsas günahkarı kimi qələmə verirdi. İndi isə növbə İlham Əliyevə çatıb. Növbədə kimdir? Doğrudanmı Ərdoğan? Və ya dərhal BMT Baş katibi?
Mən əlbətdə ki, Abramyana cavab verməyə iddia etmirəm, çıxışım ancaq özünün qeyri-kompotentliyi baxımından məni heyrətləndirən mətnə şərh verməyə yönəlib.
Məktubun düşməncəsinə xarakteri və tonu lap əvvəldən özünü büruzə verir. Azərbaycan prezidentinə ünvanlanmış məktubda nə ad var, nə vəzifə, nə müraciət forması. Axı müəllif özünü kim hesab edir ki, belə yazır? İndiki halda Krılovun fil və qarışqa haqda təmsilindən sətirlər yada düşür. Əlbətdə, müəllifin başından yuxarı tullanmaq, özünü erməni diasporunun daha nüfuzlu nümayəndələri ilə münaqişə fonunda əhəmiyyətli persona kimi göstərmək üçün göstərdiyi komik cəhdlərə ancaq gülmək olardı. Amma məsələ müharibəni və nifrəti qızışdırmaq cəhdlərindən gedirsə gülməyin yeri deyil.
Elə ilk sətirlərdən yalanı yalanla calamaq nəzərə çarpır. Hansı “türk ordusu”, hansı “islamçı yaraqlılar?”. Tempi aşağı salmadan müəllif feyk iddiaları kabab tikələri kimi bir-birinin ardınca şişə düzür. Bir fraza “feyklərin” bütöv kabab şişidir.
Vətən müharibəsinə qələbəni Azərbaycan əsgərləri və zabitləri qazanıblar, onlar təcavüzkar tərəfindən işğal edlilmiş doğma torpaqlarının azad edilməsi uğrunda döyüşə atılıblar. Guya Qarabağda döyüşən “qanlı islamçı terrorçular” barədə sizin təbliğatınızın uydurmalarını çoxdan unutmaq lazımdır. Bu, təkcə dəmir iradə və qətiyyət nümayiş etdirən prezident İlham Əliyevin apardığı müharibə deyildi, müharibəni torpaqlarının işğal altında qalmasına daha dözmək istəməyən bütün xalq aparırdı.
Siz yazırsınız: “Lakin bu məsələnin “həlli” regiona sülh gətirmədi”. Lakin axı bu heyrətamiz və açıq-aşkar yalandır! Noyabrın 10-da imzalanan həmin üçtərəfli razılaşmadan sonra Qarabağda döyüşlər dərhal dayandı! Rusiya prezidenti Vladimir Putin sülhməramlılar haqda belə dedi: “Onların regionda iştirakı döyüş əməliyyatlarının dayandırılmasına dair razılaşmanın yerinə yetirilməsinin qarantı oldu”. Noyabrın 14-dən bəri Rusiya sülhməramlıları 42 mindən çox erməni qaçqının Qarabağa geri qaytarılmasını təmin etdi”. İndi isə onların sayı daha çoxdur-mən bunu özümdən əlavə edirəm. Yosa siz Rusiya prezidentinin qiymətləndirmələri ilə razı deyilsiniz?
Cənab Abramyanın ön gördüyü kimi, müharibənin başlaması halında zərbə altında Rusiya sülhməramlıları, Rusiyanın beynəlxalq nüfuzu qalacaq. Amma Abramyan hansısa formada sülhməramlıları regionda iştirakından yaxa qurtarmaq istəyirsə qoy bunu başa düşsün ki, məhz onların iştirakı Ermənistanın yeni müharibədə məğlubiyyətdən başlıca xilasıdır. Hansı ki, Abramyan öz mövqeyi ilə bu müharibəni tezləşdirməyə çalışır.
Bütün bunlar cənab Abramyanın, onun “partnyoru” Zatulinin, “həmkarı” Qabrielyanovun və onların çiyinləri arxasından boylanan başqalarının nəyinə lazımdır? Bu cür təxribatlar geosiyasi qeyri-sabitliyə stavka edənlərin işinə yarayır. Axı “informasiya bombasından” əsl müharibəyə aparan yol elə də uzun olmaya bilər.
Rusiya auditoriyasına ünvanlanan antiazərbaycan və antitürk çıxışlar Rusiya prezidenti Vladimir Putinin xarici siyasət kursu ilə birbaşa ziddir. Və aydın deyil, nəyə görə belə bəyanatları Dövlət Dumasının MDB işləri komitəsinin sədrinin müavini Konstantin Zatulin özünə rəva görür və bütün bunlara spiker Vyaçeslav Volodin heç bir diqqət yetirmir?
Məktubun tərtibatçısının naşılığı təkcə bu günün hadisələrinə deyil, keçmişə də münasibətdə özünü göstərir. Nəyə görəsə o, Azərbaycanın tarixini saxtalaşdırır və iddia edir ki, Gülpəngyan və Mantaşev yüz il əvvəl Bakının neft sənayesni yaradıblar. Birincisi, yüz il yox, yüz əlli il, ikincisi, Azərbaycan neft sənayeçiləri Tağıyevin, Muxtarovun, Nağıyevin və onlarla digərinin adını çəkməmək sadəcə olaraq ədalətli deyil. Üstəlik axmaqlıqdır, nəzərə alanda ki, aprıcı rolu Nobel oynayıb və onu heç cür erməni adlandırmaq olmaz. Üstəlik rus mühəndislərini və alimlərini də yada salmaq günah deyil.
“Azərbaycan üzərində türk vassallığının qurulmasını və ölkənizi regionda terrorçuların platsdarmına çevirməyinizi seçmisiniz” kimi ittihamlar isə birbaşa böhtandır, ağ yalandır. Belə sözləri ya ağlını itirib yazmaq olardı, ya da hansısa başqa bədxah niyyətlərlə. Məsələn, yenidən erməni və Azərbaycan xalqlarını üz-üzə qoymaq, müharibəni yenidən başlatmaq, sülh razılaşmasını şübhə altına almaq niyyətləri kimi.
Əminəm ki, sonda həm Ara Abramyan, həm onun arxasında duranlar öz həmyerlilərinə pis xidmət göstərmiş olacaqlar. Onlara “vətənin” hüdudlarından kənarlarda olan digərlərindən fərqli olaraq hərbi əməliyyatların başlaması daha çətin başa gələcək. Kimsə Ermənistanın və Qarabağın erməni sakinləri ancaq özlərinə məlum olan məqsədlər naminə zərbə altına qoymaq istəyir. Belə çıxışlar həm Ermənistan daxilindəki situasiyanı qızışdırır, həm öz intriqalarını Rusiyanı da cəlb edir, bu ölkənin və rəhbərliyinin ölçülüb-biçilmiş xarici siyasətinə mane olmaq cəhdləridir. Rusiyadakı erməni diasporu öz ölkələrinin prezidentinin sülhməramlı səylərinə dəstək verməlidir, Abramyan isə təkərin altına kötük itələyir və Kremlin kursunu gözdən salmağa çalışır. Və başa düşmək çətin deyil ki, nəyə görə bu kurs Abramyanı qane etmir. Çünki Rusiyanın kursu Türkiyə ilə sıx qarşılıqlı münasibətlər əsasında qurulub. Elə bu gün Dmitri Peskov Putinlə Ərdoğanın sız şəxsi münasibətlərini və konstruktiv yanaşmalarını mürəkkəb situasiyaların harmonik həllinin əsasında dayanan amil adlandırıb.
Belə məşhur rus məsəli var, yəqin sizlərə də məlumdur,-“Davadan sonra yumruq silkələməzlər”. Xüsusən də Abramyan özü dəqiq göstərir ki, bu davada qalib gələn kimdir. Məğlubiyyəti də ləyaqətlə, kişi kimi etiraf etməyi öyrənmək lazımdır. Və nəhayət başa düşmək lazımdır ki, Dağlıq Qarabağın və onun ətrafındakı işğal olunmuş rayonların Azərbaycana qaytarılması Ermənistan üçün fəlakət deyil, əksinə, onun normal həyata qayıtmasının başlanğıcıdır. Bu, erməni xalqı üçün özünün yaxın tarixini yenidən saf-çürük etmək şansıdır, onu dalana sürükləyən kursdan imtina edib başqa siyasi kurs tapmaq fürsətidir.
Bununla bağlı bir məsləhətim var. Öz həmvətənlərinin keçmişdəki xidmətlərinə daim və hər yerdə istinad etməyi dayandırmaq vaxtıdır, hansı ki, bu xidmətlərin çox hissəsi yumşaq desək, şişirdilib. Nəhayət nəsə eləməyə başlamaq lazımdır ki, Ermənistan indi onunla fəxr edə bilsin. Bunun üçün isə hər şeydən əvvəl sülh lazımdır.
Ona görə də qoy 2021-ci il regionda çoxdan gözlənilən möhkəm sülhün başlanğıcı olsun.
virtualaz