Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi

31-12-2020, 15:31           
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Birinci vitse-prezident bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib:

“Əziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olunacaq. Bu Zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi diləyirəm!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru