Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı - FƏRMAN

31-12-2020, 15:59           
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı - FƏRMAN
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, şəhid ailələrinə, eləcə də ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olanlara verilən Prezident təqaüdünün məbləğləri artırılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərmanlar imzalayıb.

Fərmana əsasən:

- Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği 1500 manatdan 1800 manata;

- şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği 300 manatdan 500 manata;

- xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 100 manatdan 130 manata artırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru