Bəşəriyyətin yeni intellektual "inqilabi" nəzəriyyəyə, hətta, yeni intellektual "dinə" acil ehtiyacı var .... VİDEO
1-01-2021, 13:12
Yəqin ki, bəziləriniz bu videonu gülüşlə izləmisiniz, amma mən izləyərkən ətim ürpəşdi - 21-ci əsrin ordusu belə olacaq. Gələcək əsgərlər bunlardır, ən qəliz hərəkətləri belə dəqiq yerinə yetirən, süni intellektlə idarə olunan robot-əsgər nələrə qadir olacaq?! Dəhşətdir. Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazır. Daha sonra Natiq Cəfərli yazır: Bu video həm də işçi qüvvəsi erasının bitməsi deməkdir - cəmi 5-10 ilə dünya əhalisinin yarıdan çoxunun, bəlkə də 70-80%-nin işləməsinə ehtiyac qalmayacaq, o zaman dünya üzrə hamıya "190 manat" verib, hətta onu hara xərcləməsinə də yönəldəcəklər. Bir sözlə, bizi çətin, ağır dünya gözləyir, Bəşəriyyətin yeni intellektual "inqilabi" nəzəriyyəyə, hətta, yeni intellektual "dinə" acil ehtiyacı var - yeni dünya elitası yaranmalı, insanlığı yeni keyfiyyət dəyişikliyinə aparan kasta formalaşmalıdır. Bu düşünmək üçün idi, axşam isə sağlıq demək üçün yazacam. Teref.az