Bu gün Cavad xanın şəhid olduğu gündür!

3-01-2021, 06:59           
Bu gün Cavad xanın şəhid olduğu gündür!
Teref.az yazır ki, mərhum tarixçi alim Ziya Bünyadov deyirdi ki, dünyada 3 şəhərin əhalisi əlisilahlı doğulur. Onlardan biri də Gəncədir."
Bu gün də belədir !
Bu gün 1804-cü ilin 3-dən 4-nə keçən gecə, soyuq yanvar günündə Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, Ziyadoğlular nəslinin görkəmli nümayəndəsi ,dövlət xadimi, Gəncə xanlığının axırıncı xanı ,hamımızın qürur duyduğumuz, məzarı gordan gora daşınıb iki dəfə dəfn olunan və nəşinin qalıqları 27 il gizli saxlanılıb xanlığın bayrağı ilə birlikdə dəfn olunan Cavad xanın şəhid olduğu gündür.
O, Sisyanovun son məktubuna elə xana layiq cavab yazır: “...Əgər sən savaşmaq fikrindəsənsə, biz də hazırıq. Hardan bilirsən ki, qızılbaşdan qoçaqsınız? Siz öz davanızı görübsünüz, qızılbaş davasını görməyibsiniz. Hədələyirsən ki, əgər sənin təklifini qəbul etməsəm, məni bədbəxtlik tutacaq. Bəlkə əcəl sizi Peterburqdan bura gətirib? İnşallah, bizdən hansı birimizin aqibətinin necə olacağı bilinəcəkdir. Vəssalam.
Cavad xan"
1802-ci ildə Gəncə əhalisinin sayı 25700 nəfər olduğu halda işğaldan sonra 5460 nəfər şəhər sakini sağ qalır. .((.
...Bəli, Cavad xan Gəncədə doğuldu, yaşadı, həlak oldu. Amma azadlıq mübarizəsi onu tək Gəncənin deyil, bütün Azərbaycanın qəhrəmanı etdi..!!
Cavad xan və gəncə hadisəsi bir daha sübut edir ki ,Azərbaycan öz xoşuna torpaqlarını verməyib.Torpaqlarımız həmişəşimaldan hücuma ,işğala məruz qalıblar.
Ruhun şad olsun, Cavad xan !
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.