Şəhid övladları bu universitetdə pulsuz oxuyacaq- FOTO

4-01-2021, 06:36           
Şəhid övladları bu universitetdə pulsuz oxuyacaq- FOTO
Sivas Cümhuriyyət Universiteti maraqlı təşəbbüslə çıxış edib.

Universitetin rektoru professor Alim Yıldız Qarabağda şəhid olan əsgərlərimizin övladlarının universitetdə ödənişsiz təhsil almaları üçün lazımi tədbirləri gördüklərini açıqlayıb.

Yıldız universitetləri ilə Azərbaycan arasında yaxşı bir əməkdaşlığın olduğunu diqqətə çatdırıb:

"Azərbaycanlı qardaşlarımız üçün dua edirik. Qarabağda şəhid olanların övladlarını universitetimizdə oxudacağıq. Hazırda bu istiqamətdə çalışırıq. Şəhidlərimizin övladlarına sahib çıxacağıq. Onlar hamımızın övladlarıdır".

Bakı Dövlət Universiteti və Cümhuriyyət Universiteti arasında ötən il iki ortaq simpoziumun keçirildiyini xatırladan Yıldız Azərbaycandakı akademiklərlə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru