Azərbaycan-Ermənistan sərhədi necə müəyyən olunur? - “1942-ci ildə 3 ölkəni əhatə edən xəritə olub”

5-01-2021, 10:44           
Azərbaycan-Ermənistan sərhədi necə müəyyən olunur? -
Bu gün Azərbaycanla Ermənistan arasında həll edilməsi vacib olan problemlərdən biri də sərhədlərin müəyyənləşdirilməsidir.

Azərbaycan işğal olunan tarixi torpaqlarını qanuni yollarla azad etdikcə, ermənilər daha da narahat olmağa başlayırlar. “Sputnik Armenia” yazır ki, sərhədlərin təyinatında Sovet Baş Qərargahının 1942-ci ildə hazırladığı xəritə əsas götürülür.

Millət vəkili, tarix elmləri doktoru Anar İskəndərov məsələni Cebhe.info-ya şərh edib: “Sərhədlərlə bağlı Çar Rusiyası dövrünün sərhəd xəritələri var. Bundan başqa 1922-ci ilədək olan sərhəd xəritələri və 1924, 1939-cu illərin xəritələri var. 1942-ci ildə isə Cənubi Qafqazda İran, Azərbaycan və Türkiyə arasında sərhəd məsələləri üzrə xəritə olub. Lakin hər dəfə xəritə müəyyən olunarkən ya Azərbaycanın kəndləri Ermənistana verilib, ya da Ermənistan ərazisində qalan kəndlərimizin adı erməni adları ilə əvəzlənib. İkincisi də hansı formada olursa-olsun hətta SSRİ dağılandan sonra da nə Ermənistandan, nə də Gürcüstandan bizə torpaq verilib. Əksinə bizim torpağımız alınıb. SSRİ dağılandan sonra da Birinci Qarabağ Müharibəsi olub, torpaqlarımız Ermənistan tərəfindən işğal edilib və 30 il ərzində Azərbaycanın kəndləri dağıdılıb. Hətta ermənilər bizim ərazilərdə qanunsuz məskunlaşıb. Ona görə də bu gün bizim ərazilərdə yaşayan erməniyə dedikdə bu 39 və ya 42- ci ilin xəritəsinə görə Azərbaycan torpağıdır, erməni təlatümə düşür, həyəcanlanır. Bu gün yalnız 1942-ci ilin xəritəsinə görə deyil, 30 illik işğal dövründə də Azərbaycan ərazisində qanunsuz məskunlaşan ermənilər var və hazırda oradan çıxmaq istəmir. Amma hesab edirəm ki, sülhməramlı qüvvələrin bir işi də Azərbaycanın tarixi torpaqlarında qanunsuz məskunlaşan erməniləri çıxarmaqdır. Bu istiqamətdə də işlər gedir”.

Millət vəkili qeyd edib ki, 1942-ci ildəki xəritə yenilənməsinə görə Azərbaycan və Ermənistanın sərhədləri müəyyənləşib: “1941-ci ilin avqust ayında sovet qoşunları İran ərazisinə daxil oldu. Həmin vaxtı bir daha ehtiyac yarandı ki, Cənubi Qafqazla bağlı olan xəritə təzələnsin. Həmin xəritə təzələnəndə ola bilər ki, xırda dəyişikliklər olub, bunu deyə bilmərəm. Amma bu dəyişikliyin önəmi ondan ibarət idi ki, sərhədlər bir daha dəqiqləşdirildi. Bu ərazi dəqiqləşdirilməsi İran, Türkiyə və hətta Xəzərin sahilindən Qara dənizə qədər olan əraziləri əhatə edirdi. Həmin xəritə yeniləməsində Azərbaycanın da, Gürcüstanın da, Ermənistanın da əraziləri bir daha dəqiqləşdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.