"Azərsu" ASC büdcəni necə talayır.... FOTODİAQRAM

5-02-2021, 08:16           
"Azərsu"  ASC büdcəni necə talayır.... FOTODİAQRAM
Baxın, diqqətlə baxın görün, neft pulları və bizim ödədiyimiz vergilərlə doldurduğumuz büdcəni "Azərsu" ASC necə talayır. "Azərsu" ASC qiymətləri 2 dəfə qaldırıb həm bizim cibimizə girir, həm də xaricdən 1 milyard 269 milyon dollardan çox kredit götürüb, 5-10 ildən sonra qaytarılan borcları və faiz xərclərini övladlarımızın belinə yükləyir.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazır.
Daha sonra Qubad İbadoğlu yazır, dinamikaya baxın. 2018-ci ildə "Azərsu"nun xeyrinə 403,8 milyon manat olan fərq 2019-cu ildə 459,1 milyon manata qalxıb. Biz sözlə ildən ilə "Azərsu"nun büdcəyə ödədikləri azalır, büdcədən alqıları çoxalır. Bir neçə aydan sonra 2020-ci ilin göstəriciləri də məlum olanda həmin məlumatları da bölüşəcəm, onda da görəcəyik ki, bu tendensiya davam edir.
Daha sözüm yoxdur, subsidiyada və borcda olan dövlət şirkətinin rəhbərinin varidatı az qala milyarda çatır, şirkət özünə 204 milyon manatlıq ofis tikdirir, sonra da Qorxmaz Hüseynli deyir ki, zərərlə işləyirik, subsidiya ilə fəaliyyət göstəririk, məsrəfimiz çoxdur, ona görə də əhali qrupu üçün qiymətləri qaldırmaq lazımdır.
İlham Əliyevin iqtisadiyyatçıları cavab verin, görək belə anoloqu olmayan idarəetmə hansı ölkəidə mövcuddur.
Dostlar, paylaşın, hər kəs görsün ki, ölkə iqtisadiyyatı necə idarə olunur, büdcə necə talanır, xalq necə soyulur.
P.S. Diaqram Hesablama Palatasının məlumatları əsasında hazırlanıb.
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.