Möhsün Fəxrizadə sui-qəsdi: YƏHUDİ NƏŞRİ ƏMƏLİYYATIN ARXASINDA İSRAİLİN DURDUĞUNU TƏSDİQLƏDİ

12-02-2021, 11:15           
Möhsün Fəxrizadə sui-qəsdi:
Ceyk Uollis Simons
“Jewish Chronicle”, 10.02.2021

Ötən ilin noyabr ayında Tehran yaxınlığında güllələnən iranlı nüvə alimi “Mossad”ın ölkəyə hissə-hissə, qaçaqmalçılıq yolu ilə gətirdiyi 1 tonluq avtomat silahla öldürülüb.
Həm İsrail, həm də İran mənşəlilərdən ibarət 20 nəfərlik casus qrupu 8 ay davam edən izləmədən sonra yüksək texnologiyalı həmləni həyata keçirib.
Tehran rejimi gizli şəkildə yüksək səviyyəli alim Möhsün Fəxrizadəyə əvəz tapmanın 6 il çəkəcəyini təxmin edib.
İsrail analitikləri bu qətldən sonra İranın atom bombası əldə etməsinin təxminən 3 ay yarımdan 2 ilə qədər uzanacağı qənaətinə gəliblər. Yüksək səviyyəli kəşfiyyat xadimləri isə bu müddəti 5 ilə qədər uzadırlar.
“Atom bombasının atası” kimi tanınan 59 yaşlı Möhsün Fəxrizadə keçən il noyabrın 27-də Tehran yaxınlığındakı Absərddə arvadı və 12 mühafizəçisi ilə səfər edərkən, 13 güllə yarası nəticəsində həyatını itirib.
Mülki insanları qorumaq üçün hiperdəqiqliklə avtomatlaşdırılmış silahın istifadəsi zamanı nə onun arvadı, nə də təhlükəsizlik komandası zərər görüb.
Fəxrizadənin ölümündən bəri onun qatilləri ilə bağlı fərziyyələr artmaqdadır, heç bir kəşfiyyat xidməti qətlə görə məsuliyyəti boynuna götürməyib. Qətlin şərtləri də sirlə örtülüb və yayılan xəbərlərdə 62 nəfərlik silahlı qrup günahlandırılır.
İndi “JC” “Nissan” markalı pikapa qətl cihazını quraşdıraraq həyata keçirdiyi həmlənin arxasında İsrail casus təşkilatının durduğunu təsdiqləyə bilər.
Hədəfi müşahidə etmək üçün casusların uzaqdan idarə etdiyi sifarişli silah o qədər ağır olub ki, sui-qəsdən sonra dəlillər bomba partlayışı ilə məhv edilib.
“JC”-nin məlumatına görə, bu, Amerikanın iştirakı olmadan, yalnız İsrail tərəfindən həyata keçirilib. Ən yüksək beynəlxalq kəşfiyyat mənbələrinin rəyinə görə, hücumdan əvvəl ABŞ rəsmilərinə “suyun istiliyini yoxlamaq kimi kiçik bir ipucu” verilib.
Mənbələrin dediyinə görə, Tehran rəhbərliyini alçaldan cəsarətli əməliyyat qismən ona görə uğurlu olub ki, İran təhlükəsizlik xidmətləri həmin vaxt şübhəli siyasi müxalifləri izləyib.
Benyamin Netanyahunun milli təhlükəsizlik müşaviri kimi fəaliyyət göstərən ən yüksək səviyyəli müdafiə məmurlarından biri olan Ceykob Naqel deyib: “Mossad”da Fəxrizadənin hər biri beş Hirosima partlayışına səbəb ola biləcək bir neçə nüvə başlığı üzərində işlədiyini sübut edən sənədləri vardı”.
Noyabr ayında İran “atom bombasının atası” Möhsün Fəxrizadə Tehranın kənarında gülləbaran nəticəsində həlak olduqda, sui-qəsd İran rejimini heyrətləndirib və bu, dünyada xəbər başlıqlarına çıxıb. Ancaq 3 ay sonra belə əsas suallar cavabsız qalır.
59 yaşlı nüvə aliminin necə öldürüldüyünü heç kim bilmir. İlk xəbərlərdə onun silahlı adamlar tərəfindən vurulduğu iddia edilirdi, daha sonra İnqilab Keşikçiləri məmuru süni zəkadan istifadə edilərək “peyklə işləyən” silaha istinad edib.
Belə bir cihazın haradan gətirildiyi və necə quraşdırıldığı açıqlanmamış qalıb. Bu günə qədər heç kim əməliyyatın sürətli bir hərəkət olduğunu və ya aylardır planlaşdırıldığını bilmir. Bir çox nəzəriyyələrə baxmayaraq, heç kim onun niyə öldürüldüyünü belə dəqiq bilmir.
Prezident Trampın bu əməliyyatda rolu ilə bağlı da qeyri-müəyyənlik mövcuddur. Bəzi analitiklər onun vəzifəsindən getməzdən əvvəl özündən miras qoyduğu, digərləri isə ABŞ-ın iştirakını inkar edir.

Ən başlıcası: İsrailin məsuliyyət daşıdığına dair geniş yayılmış fərziyyələrə baxmayaraq, heç kim qətlin arxasında duranların kimliyini müəyyənləşdirməyib.
Bu gün “JC” əməliyyatın “Mossad” tərəfindən icra olunduğunu təsdiqləyə bilər.

Belə bir yüksək səviyyəli və yüksək riskli bir əməliyyata ehtiyacın olduğunu başa düşmək üçün sui-qəsddən əvvələ, 31 yanvar 2018-ci il gecəsinə, İran paytaxtının kənarındakı qaranlıq bir ticarət bölgəsinə və içərisindəki toran bir anbara gedib çıxmaq gərəkdir.
Bu, son zamanlarda “Mossad” tərəfindən həyata keçirilən ən əhəmiyyətli kəşfiyyat oyunlarından birinin başlanğıcı idi. 1 il davam edən izləmədən sonra casuslar sənədləri 32 nəhəng seyfdən çıxarmaq üçün 2000 dərəcədə parlaq yanan məşəllərdən istifadə edərək İranın nüvə sirlərinə dair arxivi oğurlayıblar.
Ən həyati məlumatları ehtiva edən qaraüzlü cildlərdən başlayaraq, İranın gizli nüvə silahları proqramının tam təfərrüatlarını özündə cəmləşdirən 50.000 səhifə sənəd və 163 CD İsrailə yola salınıb.
2018-ci ildə Benyamin Netanyahunun İsrail Müdafiə Nazirliyində açıqladığı nüvə arxivi ən etibarlı bir bölmədə saxlanılır. Mənbələr təsdiqləyirlər ki, yəhudi dövləti indi kəşfiyyat məlumatlarını Beynəlxalq Atom Enerjisi Agentliyi vasitəsi ilə Bayden rəhbərliyinə çatdırmaq, Tehranın hər hansı bir nüvə razılaşmasının şərtlərinə tabe olmayacağına inandırmaq üçün istifadə edə bilər.
İsrailli mənbə bildirib: “Bu dəfə mübahisələrimizdə siyasətə yox, sırf zəkaya söykənəcəyik. Bunu etmək daha yaxşı olacaq. Sirlər amerikalılar üçün yeni olmayacaq, ancaq İsrail rəsmiləri öz şərhlərini və vurğularını təklif edəcəkdilər”.
Bu ayın əvvəlində “Mossad” ABŞ-ın yalnız İranla yeni nüvə sövdələşməsinə girməsini necə dayandıracağına qərar verib. İsrail 2015-ci ildə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Tehrana fəlakətlə nüvə proqramını saxlamasına imkan verdiyini, lakin çökdürmədiyinə inanır.
Arxiv İranın Obamanın sövdələşmə şərtlərinə hörmət edilmədiyini isbatlayır. İsrail ümid edir ki, Baydeni köhnə dostunun etdiyi səhvləri təkrarlamamağa və Donald Trampın “maksimum təzyiq” kampaniyasını davam etdirməyə inandıracaq.
İsrail analitikləri 2018-ci ildə qaraüzlü cildləri açan kimi Möhsün Fəxrizadənin “Mossad” jarqonu ilə “aradan götürülməli” olduğunu biliblər. Mənbə deyib: “Orada nüvə proqramının gizlədilməsini əmr edən orijinal sənədlər var idi, bunların çoxu Fəxrizadənin əlyazması ilə təsdiqlənir. Analitiklər onun mürəkkəbini, barmaq izlərini, yazarkən barmağının kağıza olan təzyiqlərini üzə çıxarıblar. Aldatmanın arxasında dayanan məhz o idi. Fəxrizadə arxivdə tapdığımız hər şeyin atası idi. Elmdən və gizli fayllardan tutmuş işçi heyətinə və s. hamısı onun sərəncamında idi. Dünyadan gizlətmək üçün əməliyyata o, rəhbərlik etmişdi. Bu baxımdan qəsd yalnız zaman məsələsi idi”.
Dünya “Coronavirus” təhlükəsi ilə məşğul olduğundan sui-qəsd planı 2020-ci ilin martında işə salınıb. İsrail casuslarından ibarət bir qrup İrana göndərilib və orada yerli casuslarla əlaqə qurulub.
Qrup bu cür mürəkkəb və riskli bir missiya üçün 20-dən çox əməliyyatçıdan ibarət idi. Dəqiq müşahidə əməliyyatı başladılıb. “Komanda son dərəcə detallı, dəqiq bir plan qurub. 8 ay ərzində bununla nəfəs alıb, bununla yatıb-oyanıblar”.
Alimi Tehrandan şərqdə, bir villasına sahib olduğu Absərd yolunda öldürmək qərarı verilib.
Komanda Fəxrizadənin Cümə günləri Tehrandan ora getdiyini bilirdi. “Gündəlik marşrutunu, maşının sürətini və yetişmə vaxtını bilirdilər və çıxmaq üçün hansı qapıdan istifadə edəcəyini də”.
Qatillərin, həqiqətən, uzaqdan idarə olunan silah istifadə etdiyini və özünü məhv etməsinə imkanı olduğunu mənbə də təsdiqləyib (İranın iddialarına zidd olsa da, o, peyklə idarə olunmayıb). Yol kənarında dayanan “Nissan Fəxrizadənin “Opel”i təyin olunan yerdən keçəndə, düymə basılıb və hiperdəqiq silah atəşə başlayıb.
İran səlahiyyətliləri alimin təhlükəsizlik 4 güllə ilə yaralandığını iddia edib. Ancaq əməliyyata bələd mənbələr bunun həqiqətə uyğun olmadığını söyləyiblər. “JC” təsdiq edə bilər ki, nə Fəxrizadənin cangüdənlərindən heç kim öldürülməyib və ya yaralanmayıb.
“Hədəf yalnız Fəxrizadə və məqsəd başqalarına zərər verməmək idi. Silahlı şəxslərin alimi bitirmək üçün ona yaxınlaşması iddiaları da səhvdir. Şükür ki, heç kim tutulmayıb”.
Sui-qəsdin təsiri o qədər dərin idi ki, “Mossad” rəhbərliyini belə təəccübləndirib.
Mənbə deyib: “Ancaq vəziyyət kritikləşsə, heç kimdən icazə istəməyəcəyik. Bombanın qarşısını hər vəchlə alacağıq”…


Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.