AZAL, ADY, Bakı Metropoliteni Azərbaycan İnvestisiya Holdinqinə verildi - SƏRƏNCAM

12-02-2021, 13:25           
AZAL, ADY, Bakı Metropoliteni Azərbaycan İnvestisiya Holdinqinə verildi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.
İqtisadi.az-ın məlumatına görə, sərəncama əsasən aşağıdakı dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.