Türkiyəli general: Ermənistan üçtərəfli bəyanatı pozur

4-03-2021, 09:40           
Türkiyəli general:
Ermənistan 10 noyabr bəyanatını pozur və öz hərəkətləri ilə bunu açıq-aşkar nümayiş etdirir.

Teref.az hokm.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Kahraman Güneş açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Qarabağ sakinləri öz dədə-baba yurdlarına qayıtmalı və bundan sonrakı həyatlarını təhlükəsiz şəkildə orada yaşamalıdırlar. Ancaq Ermənistanın, demək olar ki, hər yerə basdırdığı minalar bu işi çox ləngidir və çətinləşdirir.

Türkiyəli general-mayor deyir ki, Ermənistan hazırda təkcə 10 noyabr sazişini yox, həm də BMT-nin minaların qadağan olunması ilə bağlı müqaviləsini pozur.

Kahraman Güneş hesab edir ki, Azərbaycan sözügedən ərazilərin minalardan təmizlənməsi prosesinə bu sahə üzrə daha peşəkar və böyük təcrübəyə malik beynəlxalq şirkətləri cəlb etməlidir.

Kahraman Güneş həmçinin bildirib ki, Ermənistanı təzyiq altında saxlamaq üçün xarici mediada mütəmadi olaraq müxtəlif verilişlər və sənədli filmlər nümayiş olunmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru