Məhkəmə Ramiz Mehdiyevin əleyhinə qərar çıxartdı!

20-03-2021, 08:50           
Məhkəmə Ramiz Mehdiyevin əleyhinə qərar çıxartdı!
Martın 16-da Səbail rayon məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb.
Ovqat.com-un məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib.

Qeyd edək ki, Əlövsət Quliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə işdən çıxarılmış, həmin vəzifəyə isə elmi ictimaiyyət arasında “makler-akademik” ləqəbi ilə məşhurlaşmış Qərib Məmmədov təyin edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru