Hər 4 ölümdən birinin səbəbi: “Ölüm peyvəndi”nin yaratdığı təhlükə - ARAŞDIRMA

22-03-2021, 09:24           
Hər 4 ölümdən birinin səbəbi: “Ölüm peyvəndi”nin yaratdığı təhlükə - ARAŞDIRMA
Almaniya və Norveçdən olan iki həkim qrupu bir-birindən ayrı araşdırma aparıb və aşkar ediblər ki, Britaniya-İsveç əczaçı şirkəti olan "AstraZeneca"nın vaksini trombozlar yarada bilər.

Alimlər vaksin nəticəsində trombozların və tromboemboliyaların yaranmasını orqanizmin vaksinə xüsusi reaksiyası ilə izah ediblər.

Belə ki, bədənə vaksin vurulandan sonra o autoimmun reaksiyası yaradır və bu da trombositlərlə qarşılıqlı əlaqədə olan antitellərin yaradılmasına səbəb olur.

Cebhe.info trombozun yaratdığı fəsadlar haqqında araşdırma hazırlayıb.

Tromboz nədir?

Öncə qeyd edək ki, qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Qısa desək ki, tromb damarın tıxacıdır. Tromblar həm venalarda, həm də arteriyalarda əmələ gələ bilər. Trombun əmələ gəlməsinin əsas səbəbi qanın laxtalanma qabiliyyətinin artması və onun damar daxilində maye halında qalmasını təmin edən sistemin fəallığının azalmasıdır.

Hər 4 ölümdən 1-nin səbəbi...

Dərin venaların trombları ölümə səbəb olur. Bu, ürək-damar xəstəliklərindən ölmə səbəbləri arasında üçüncü yerdə durur.

Belə ki, dünyada hər il 3 milyon insan bu xəstəlikdən həyatını itirir. Yəni hər 4 ölümdən biri buna görə baş verir.

ABŞ-da hər il trombozdan 100 000 insan ölür ki, bu rəqəm QİÇS, ağciyər xərçəngi və nəqliyyat qəzalarından yaranan ölümlərdən daha çoxdur. Bir çox xərçəng xəstəsinu məhz bu səbəbdən itiririk.

Ayaqlarda və ya qollarda laxtalanma ölümcül nəticələrə səbəb ola bilər. Üstəlik, istər körpə, istərsə də qoca- hamımız bu riski daşıyırıq. Ən çox təhlükə altında olan qrup isə ofis işçiləridir.

Yaranma səbəbləri və xüsusiyyətləri nələrdir?

Saatlarla hərəkətsiz qalma bu xəstəliyin yaranmasına səbəb olur.

Tramboz xəstəliyi, xəstələrin yarısında heç simptomsuz olur. Xüsusilə laxtanın miqdarı azdırsa və ya kiçik damarlarda görülürsə, xəstəliyin fərqinə varmırsınız. Ən çox görülən əlamət və simptomlar isə ayaqlardakı ağrı, ayaqlarda şişmə və yeriməklə bağlı şikayətlərin artımdır. Bu simptomlara nəfəs darlığı, sinə ağrısı da daxildir. Dərindən nəfəs alarkən ağrı əmələ gələrsə, laxtalanma ağciyərə atılmış ola bilər. Bəzən tromboz elə şiddətli hal alır ki, ayağın arterial dövranı pozulur və bu da ayağın amputasiyasına səbəb olur.

Tromboz riski yüksək olan şəxslər və yaratdığı fəsadlar

Trambozdan sağalan xəstələrdə illər sonra da davamlı şişlik, ağrı, ayaqda ləkələr və hətta yaralar müşahidə edilə bilər.

Arteriya sistemindəki laxtalanma infarkt gətirib çıxardır. Beyin damarlarında laxtalanma nəticəsində isə iflic yaranır.

Tromboza tutulma riski siqaret çəkən və spirtli içkidən çox istifadə edən şəxslərdə, hamilə qadınlarda daha çox olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.