Azərbaycana da gətiriləcək peyvənd təhlükə yaradır? - Dünyanın gözlədiyi nəticə açıqlandı
22-03-2021, 19:16
Azərbaycana da gətiriləcək peyvənd təhlükə yaradır? Oxford Universiteti bir çox ölkədə, xüsusən də Avropada səmərəliliyi mübahisə mövzusu olan "AstraZeneca" peyvəndi ilə bağlı araşdırmanın nəticələrini ictimaiyyətə açıqlayıb.
Cebhe.info xəbər verir ki, ABŞ-da aparılan araşdırmaya görə, vaksin simptomatik xəstəlikləri dayandırılmaqda 79 faiz təsirə malikdir. Peyvəndin reanimasiyaya aparılan və ya xəstəliyi ağır keçirən şəxslərə 100 faiz təsir etdiyi də araşdırma nəticəsi olaraq qeyd edilib.
Eyni zamanda, 3 mərhələli tədqiqat nəticəsində tromboz riskində artımın olmadığı bildirilib.
Xatırladaq ki, bir çox ölkələr məhz trombozla bağlı söyləntilərə görə sözügedən peyvənddən istifadəni dayanıdırıb və ya müvəqqəti təxirə salıb.
Azərbaycana da sözügedən peyvəndin gətirilməsi barədə hökumətin qərarı var.