Kremlin İmperialist siyasəti, böyük dövlət olmaq vizionu ancaq ərazi ilə bağlıdır - elə bilirlər ki, böyük dövlət ərazi məsələsidir.
27-03-2021, 09:55

Bu gün Donbasda vəziyyət gərginləşib. Kremlin birbaşa nəzarəti və əmrində olan separatçı rejim Ukrayna ordusunu atəşə tutub, 4 nəfər əsgər həlak olub, 3 nəfər də yaralanıb. Məncə, yaxın günlərdə Moskva Donbasda vəziyyəti daha da gərginləşdirəcək. Qərblə qarşıdurmada Ukrayna "müqəddəs qurban" ola bilər, Kreml sentyabra qədər Donbası tam işğal edib, orada Duma seçkiləri ilə birlikdə növbəti referendum keçirib Krım kimi o torpaqları da özünə qatmağa çalışacaq. Artıq orada 450 min insana Rusiya paspotları paylanılıb, sentyabra qədər bu rəqəm 1 mln.-a çatacaq. Pasportları çap edib paylamaq üçün artıq Moskvadan lazım olan avadanlıq da Donbasa gətirilib.
Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazır.
Daha sonra Natiq Cəfərli yazır, yaxşı, bu ssenari olsa, Qərb nə edəcək? ABŞ və AB hansı addımları atacaq? Ukrayna Donbası geri qaytara biləcəkmi?! Bəlkə elə Qərb üçün də Fransadan da ərazicə böyük olan Ukrayna, bu sərhədlərdə əlavə yükdür, daha kiçik Ukrayna istəyirlər?! Bəlkə siyasət elə qurulub ki, Rusiyaya əlavə bölgələr yükləməklə belini bükməyə çalışırlar?! Kreml Abxaziya, Ş.Osetiya, Dnestyanı Bölgə, Krım, Donbas, Qarabağ kimi yükü, öz daxilində Şimali Qafqaz kimi dotasiya bölgəsini, Qırğızıstan, Ermənistan, Tacikistan, Belorus kimi Rusiyadan daim maddi dəstək alan ölkələri nə qədər saxlaya biləcək?!
Kremlin İmperialist siyasəti, böyük dövlət olmaq vizionu ancaq ərazi ilə bağlıdır - elə bilirlər ki, böyük dövlət ərazi məsələsidir.
Ərazisində Uraldan o tərıfə, Şərqə tərəf cəmi 35 mln. əhali yaşayır, eyni coğrafi və iqlim şəraiti Kanadada, ABŞ-ın Alyaskasında, Finlandiyada, Skandinaviyada var - amma onlar əsl ölkələr yaradıblar. Tək Norveç, onminlərlə km. sahil xətti olan Rusiyaya ildə 5 mlrd. dollarlıq dəniz məhsulu satırdı (əvvəl birbaşa, indi Belorus və Qazaxstan üzərindən, güya, sanksiya qoyub Moskva). Toplam əhalisi bir tək Moskva şəhəri qədər olan Norveç, yazır, İsveç və Danimarkanın birlikdə ÜDM-i, az qala Rusiya ÜDM-nə bərabərdir, amma Kreml hələ də elə bilir ki, ərazi tutmaqla İmperiya olmaq olar. Amma sual yenə açıq qalır: Moskvaya daxili problemləri ört-basdır etmək, növbəti dəfə "vətənpərvərliyi" pik həddə çatdırmaq üçün torpaq ilhaqı lazımdı - Donbası tam işğal etsə nə baş verəcək?! Qərb-Rusiya qarşıdurması bizim bölgəyə necə təsir edəcək?!
Məmləkət olaraq bu suallara aydın cavabımız, taktiki və strateji xəttimiz olmalıdı...
Teref.az