Partiyaların MSK-ya illik maliyyə hesabatı vermə müddəti sabah başa çatır

31-03-2021, 08:14           
Partiyaların MSK-ya illik maliyyə hesabatı vermə müddəti sabah başa çatır
Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatacaq.

APA-nın məlumatına görə, indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan yalnız 7-si illik maliyyə hesabatını MSK-ya təqdim edib.

MSK-ya maliyyə hesabatı təqdim edən partiyalar Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və Milli Vəhdət Partiyasıdır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.