Pezident uşaqlarla bağlı mühüm qanunu təsdiq etdi

9-04-2021, 21:10           
Pezident uşaqlarla bağlı mühüm qanunu təsdiq etdi
Prezident İlham Əliyev Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Sözügedən Məcəllənin bir sıra maddələrinə təklif edilən dəyişikliklər qəbul edilib.

Məcəllənin 117.6-1-ci maddəsində “qohumu” sözündən sonra “bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları” sözləri, “övladlığa verilməsinə” sözlərindən sonra “onlar uçota alındıqları gündən” sözləri əlavə edilib. Həmçinin bir sıra maddələrdə yaxın qohumlar sözü qohumları sözləri ilə əvəz edilib.

Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə razılıq adlı maddənin 124.2-ci bəndində “yazılı razılığı lazımdır” sözləri “həmin uşaqlarla bağlı fikri öyrənilir” sözləri ilə əvəz edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru