"Azərbaycanın məsuliyyəti MƏNİM ÜZƏRİMƏ QOYULUR" - Qubad İbadoğlu yenidən o qurumda
18-02-2016, 09:36
Tanınmış iqtisadçı Qubad İbadoğlu yenidən MSŞT Beynəlxalq İdarə Heyətinə üzv seçilib.
O, növbəti 3 il bu mötəbər qurumda Avrasiya regionunu təmsil edəcək yeganə azərbaycanlı olacaq.
Beynəlxalq seçim qrupunun məlumatına görə, İctimai Birliklərin "Mədən sənesində şəffaflığın artırılması" Koalisiyasının üzvü, İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmaçısı, Azərbaycanda Demokratiya və Rifah Hərəkatının sədri, hazırda ABŞ-ın nüfuzlu Duke Universitetinin professoru vəzifəsində çalışan Qubad İbadoğlu növbəti dəfə "Mədən sənayesində şəffaflıq təşəbübüsü" təşkilatının (MSŞT) beynəlxalq idarə heyətinə tam hüquqlu üzv seçilib. Qubad İbadoğlunun fəaliyyət müddəti 2016- 2019-cu illəri əhatə edəcək və bu dəfə o bu mötəbər qurumda Avrasiya regionunu təmsil edəcək yeganə azərbaycanlı olacaq. Belə ki, 2013- 2016-cı illərdə beynəlxalq idarə heyətində təşkilatın üzvü olan Azərbaycan Respublikasını Dövlət Neft Fondunun icraçı direktoru. MSŞT üzrə Hökümət Komissiyasının sədri Şahmar Mövsümov da təmsil edib. İdarə Heyəti köhnə tərkibdə sonuncu dəfə fevralın 24-25-də Perunun patyaxtı Lima şəhərində Qlobal MSŞT Konfrasında toplaşacaq və bundan sonrakı toplantılar yeni tərkibdə keçiriləcək.
"Növbəti dönəmdə Azərbaycan hakimiyyət nümayəndəsinin seçilməməsi bu mötəbər qurumda ən azı 2 məsələdə ölkənin və regionun maraqlarını qorumaq məsuliyyətini mənim üzərimə qoyur" deyə Qubad İbadoğlu bildirib. Xüsusilə də bu sferada Azərbaycanla bağlı proseslər getdikcə aktuallaşır.
Birincisi, bu ilin yazında keçiriləcək növbəti idarə heyətində Azərbaycan Respublikasının öhdəliklərinin icrası müzakirə olunacaq və onun əsasında ölkənin statusu yenidən dəyərləndirəcək. Xatırladaq ki, ötən il yerli vətəndaş cəmiyyətinın bu təşəbbüsdə iştirak imkanlarını dəyərləndirən beynəlxalq fakt araşdırıcı misiyanın hesabatı əsasında ölkəyə erkən qiymətləndirmə komandası göndərilmiş və onların rəyi əsasında İdarə heyətinin Konqo-Brazzaviledə keçirilən aprel toplantısında Azərbaycanın statusu tam hüquqlu üzvdən namizəd səviyyəsinə endirilmişdir. Bundan sonra İdarə Heyəti Azərbaycan hökümətinə 1 il üçün islahedici plan təqdim edilmişdir. Bu ilin aprel ayında islahedici planın müddəti başa çatır və bundan sonra onun icrası ilə bağlı idarə heyətində yenidən müzakirələr aparılacaq və Azərbaycanın statusuna dair tıkrar qərar veriləcək. Hər şey Azərbaycan hökümətinin öhdəliklərə necə əməl etməsi səviyyəsindən asılı olacaq.
Bu mötəbər qurumda Azərbaycanın təmsilçiliyini vacib hesab edən ikinci amil Ermənistanın üzlüklə bağlı müraciətinin müzakirəyə çıxarılmasıdır. Çox böyük ehtimalla İdarə Heyəti yeni tərkibdə Ermənistanın üzvlük məsələsinə də baxacaq. Ermənistanın MSŞT-yə üzv olmasına dair danışıqlar 3 il öncə başlanıb. Bu danışıqlar, demək olar, yekun mərhələyə çatıb. Ötən ilki müzairələr zamanı Ermənistanın MSŞT-yə qoşulmasına qarşı çıxış edən Azərbaycan nümayəndə heyətinin tələbi əsasında qəbul edilib ki, Ermənistanın MSŞT hesabatları yalnız bu ölkənin tanınmış sərhədləri çərçivəsindəki fəaliyyətinə aid ola bilər: MSŞT Katibliyinin bununla bağlı açıqlamasında qeyd olunur ki, İşğal olunmuş ərazilərdə fəaliyyət, birbaşa və ya dolayı, hesabata salına bilməz.
Bunlarla yanaşı, Avrasiya regionua daxil olan Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Monqolustan və Əfqanıstanda bu il MSŞT təşəbbüsünün icrası üzrə qiymətləndirmələr aparılacaq. "Göründüyü kimi, mənim idarə heyətinin növbəti dönəmində fəaliyyətim çox həsas və mürəkkəb dövrə təsadüf edəcək" deyərək Qubad İbadoğlu fikirlərini yekunlaşdırıb.