Rusiyanın bu addımı NATO-nu NARAHAT ETDİ

Bu gün, 10:34           
Rusiyanın bu addımı NATO-nu NARAHAT ETDİ
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Şimali Atlantika Alyansı (NATO) Rusiyanın 2027-ci ilə qədər Avropa ölkələri ilə mümkün qarşıdurmaya hazır ola biləcəyindən narahatdır.
Onun sözlərinə görə, bu ehtimal NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksis Qrinkeviç tərəfindən də təsdiqlənib.

“General Qrinkeviç mənimlə söhbətində amerikalı ekspertlərin fikirlərini təsdiqlədi ki, Rusiya 2027-ci ildə Avropa ilə, dolayısıyla Polşa ilə də qarşıdurmaya hazır ola bilər”, - deyə Tusk bildirib.

Polşa Baş naziri əlavə edib ki, bu cür proqnozlar NATO ölkələrinin müdafiə qabiliyyətlərini artırmaq və müttəfiqlərlə daha sıx əməkdaşlıq etmək zərurətini bir daha ortaya qoyur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru