İlon Mask 2022-ci ildə Ukraynanın əks-hücumunun qarşısını alıb-Reuters
Bu gün, 10:18
2022-ci ilin sentyabr ayının sonunda Ukraynanın əks-hücum əməliyyatı zamanı İlon Mask SpaceX-in Kaliforniya ofisinin baş mühəndisinə Starlink rabitəsini müəyyən ərazilərdə kəsməyi əmr edib.
AzPost bildirir ki, bu barədə Reuters üç mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinin məlumatına görə, rabitənin kəsilməsi Xerson yaxınlığındakı Rusiya mövqelərinin mühasirəyə alınması əməliyyatının uğursuzluğuna səbəb olub. Ukraynalı hərbi mənbə bildirib ki, dronların əlaqəsi kəsilib və Starlink-ə güvənən bölmələr onların atəşini dəqiq hədəfə ala bilməyib.
Jurnalistlərin mənbələri hesab edir ki, Mask bu əmri Ukraynanın uğurlarının Rusiyanın nüvə reaksiyasına səbəb ola biləcəyindən qorxaraq verib.