Bu Avropanı məhv edəcək – Tramp

Bu gün, 10:06           
Bu Avropanı məhv edəcək – Tramp
ABŞ Prezidenti Donald Tramp immiqrasiyanın Avropa üçün ciddi təhlükə yaratdığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, jurnalistlərlə söhbəti zamanı bu məsələnin qlobal miqyasda təhlükəli hala gəldiyini vurğulayıb.

“Biz immiqrasiyanı dayandırmalıyıq, əks halda Avropa qalmayacaq. İmmiqrasiya hazırda Avropanı öldürür”, – deyə Tramp sərt şəkildə bəyan edib.

Amerika lideri əlavə edib ki, Avropa ölkələri vaxtilə Ukraynaya ABŞ-dan silah tədarükünə görə ödəniş etməli idilər, lakin yalnız indi bu öhdəlikləri yerinə yetirməyə başlayıblar.

Tramp həmçinin Avropa İttifaqı ilə imzalanmış sazişə toxunaraq bildirib ki, Brüssel ABŞ-a göndərilən hərbi texnikanın dəyərinin 100 faizini kompensasiya etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru