Cin istehsalçıları Rusiyadan çıxır? - Məşhur Çin şirkəti Rusiyada istehsalı dayandırdı

Bu gün, 10:17           
Cin istehsalçıları Rusiyadan çıxır? - Məşhur Çin şirkəti Rusiyada istehsalı dayandırdı
Çinin “Changan” avtomobil istehsalçısı Kalininqraddakı “Avtotor” zavodunda öz avtomobillərinin istehsalını dayandırıb. Musavat.com xəbər verir ki, məlumatı Auto Mail yayıb. Qeyd olunur ki, Changan öz avtomobillərini Rusiyaya Qazaxıstandan tədarük etməyi planlaşdırır. İlk belə tədarüklər 2025-ci ilin payızında başlayacaq - Changan CS55 Plus krossoveri Rusiyaya gətiriləcək.

Avtomobillər Almatıdakı AMMKZ zavodunda yığılacaq. Mənbənin sözlərinə görə, əsas məsələ təkrar emal haqqı mövzusu olaraq qalır.

Təkrar emal haqqı ilə bağlı qərar hökumətlərarası komissiyada müzakirə olunur. Məqsəd ən azı Belarus BelGee zavodu ilə eyni şərtlərə nail olmaqdır ki, Qazaxıstandan tədarükün qiyməti məqbul olsun.

Qeyd edək ki, 2025-ci ilin birinci yarısında Rusiyada Çin markalı yeni minik avtomobillərinin satışı ötən illə müqayisədə 30 faiz azalaraq 291,6 min ədəd təşkil edib.

Yanvar ayından bəri Çin brendlərinin bağlanmış dilerlərinin sayı 213-ə çatıb ki, bu da bütün ötən illə müqayisədə çoxdur. Birinci rübdə Rusiyada “böyük dördlüy”ün (Haval, Chery, Geely və Changan) satışları orta hesabla 31 faiz azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru