ABŞ-də polis adi diş məcununa görə yolu bağladı Bu gün, 11:06 ABŞ-nin Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb.Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, buna yola tökülən diş məcunu səbəb olub.Hadisə şahidləri yoldan nanə qoxusu gəldiyini, yol səthinin sürüşkən olduğunu bildiriblər.Sürüşkən yol səbəbindən kiçik yol-nəqliyyat hadisələri baş verib və sürücülər bu barədə yerli polisə məlumat veriblər.Əraziyə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları yolun səthində diş məcunu izləri aşkarlayıblar.Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil, araşdırma aparılır. Facebook-da paylaş