"Milli qürur, ədəb, ağırayanalıq, məsuliyyət əgər söz yığınıdırsa, o zaman dombalaq da aşın Cıdır düzündə."

13-05-2021, 17:09           
"Milli qürur, ədəb, ağırayanalıq, məsuliyyət əgər söz yığınıdırsa, o zaman dombalaq da aşın Cıdır düzündə."
"Yığışdırın bu bayağı selfiləri, poz verməkləri, qəh-qəhələri! Orda qəh-qəhəyə haqqı olanlar istər Paradda.., istər adi həyatda, istərsə də bu gün Qarabağda xidmətdə məsuliyyətlidir, ağırdır, bir gözü ağlardır, kişi kimi kişidir!"

Moderator.az xəbər verir ki, bu sözləri “Lider” TV-nin Moskvadakı keçmiş müxbiri Anar Həsənov deyib.

"Şuşada qeyd edilən Qələbənin sevincini, millətlərin nümayişkəranə həmrəyliyini, Prezidentin bəyanatlarını bölüşürəm. Atəşfəşanlıq da yerindədir, - haqqımızdır! O zəfəri nəsib edən Allaha sonsuz təzim!

Qəbul etmədiyim məqamlar da var: eyforiya mənfi çalarları olan haldır, bilirsiniz.. Ölkədə minlərlə mənim ərim, qardaşım, oğlum da orda ola bilərdi deyib, sizlərin orda olması üçün şəhid olmuş və xəsarət almışların əzizlərini nəzərə alın. Yığışdırın bu bayağı selfiləri, poz verməkləri, qəh-qəhələri! Orda qəh-qəhəyə haqqı olanlar istər Paradda.., istər adi həyatda, istərsə də bu gün Qarabağda xidmətdə məsuliyyətlidir, ağırdır, bir gözü ağlardır, kişi kimi kişidir! Unutmayın ki, o şəhəri alanların əzizlərinin də telefonu, televizoru, sosial şəbəkəyə çıxış imkanı var..Bitirək bu kef əhlinin özlərinin və ailələrinin Şuşaya daşınmasını! O şəhərin ruhuna uyğun deyil qeyri-ciddilik!

P.S. Şuşada iki azərbaycanlının rusca danışmağı milli mədəniyyətə olan hörmətsizlik, etik müfislikdir! Milli qürur, ədəb, ağırayanalıq, məsuliyyət əgər söz yığınıdırsa, o zaman dombalaq da aşın Cıdır düzündə."шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.