Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb
15-06-2021, 17:59
Türkiyə Prezidenti iyunun 15-də Şuşaya gəlib
Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. AYNA xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.