Nazirlər Kabinetinin 2015 ci ildə gizli qəbul etdiyi 413 saylı saxta qərarı dərhal dayandırılmalıdır.

17-06-2021, 07:15           
Nazirlər Kabinetinin 2015 ci ildə gizli qəbul etdiyi 413 saylı saxta qərarı dərhal dayandırılmalıdır.
Belə olmaz! Nazirlər Kabinetinin 2015 ci ildə gizli qəbul etdiyi 413 saylı saxta qərarı dərhal dayandırılmalıdır. Buna yönəlik, qanunvericilik bazası yenidən işlənməlidir! VTEKlərdə Qazilərin təkrar müayinəsi zamanı məhz 2015 ci ildə gizli qəbul edilmiş 413 saylı qərara istinadən komissiyalarda Qazilərin əlillik dərəcələri dayandırılır. 44 günıük döyüşlərin Qazilərinə zülm edilir, haqları yeyilir. Böyük narazılıqlar yaranır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VTEK-in komissiyalarındakı həkimlər deyir ki "biz 413 saylı qərara əsasən rəy veririk."
Teref.az xəbər verir ki, bunu Rey Kərimoğlu yazır!
Daha sonra Rey Kərimoğlu davam edərək yazır, tamam, başa düşdük! Yaxşı bəs vətən uğrunda sağlamlığını itirən Qazilərin günahı nədir ki, dayanmadan qanunsuz olaraq 413 saylı saxta qərarla onların əlillik dərəcələri ləğv edilir? Bu yaramazlığıı kim dayandıracaq? ƏƏSMN-ni başa düşürük. Başqa çarələri yoxdur. Əlillik müddəti bitən Qazilərin pensiya təminatı dayandırılmalıdır və Qazilər təkrar müayinəyə çağrılımalıdır.
Bəlkə yeni qanun, qərar qəbul edilənə qədər dayandırılsın bu məsələlər? Başqa yol görmürəm mən. Bunu da insaf naminə qeyd edim ki, ƏƏSMN bütün bunları öncədən görüb, duyub və 3 il əvvəl yeni qanun layihəsi hazırlayıb parlamentə təklif edib. 3 illik çək-çevirdən sonra layihə müzakirəyə çıxarılıb. Onun da müzakirəsindən narazıyıq.
Axı dövlət bilə-bilə ki, NK-nin saxta 413 saylı qərarı ilə 30-40 fazi Qaziyə əlillil dərəcəsi verilə bilməyəcək, bəs niyə haqlı narazılıq yaradılır? Ölkədəki əsas əlil təşkilatlardan biri olan "Qarabağ qaziləri" birliyi məşvərətlərini, müvafiq dövlət orqanlarına müraciətlərini davam etdirir! Bəzi dövlət adamlarının ölkədə ortalığı qarışdırmaq cəhdləri göz qabağndadır!
Tanrı dövlətimizi qorusun!
Teref.az qeyd edir ki, bunun altından yüzlərlə qazi imza ataraq öz narazılıqlarını bildirirlər!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.