“İsgəndər-M” sirri: “Moskvanı bağışlamaq olmaz “ - Təhlükəli plan cızıb
15-07-2021, 18:11
Müharibə dövründə Bakı, Mingəçevir və Şuşaya raket atılıb. Bu, cinayətdir”. Bu sözləri “İsgəndər-M” müəmması barədə “Sherg.az”a danışan politoloq Qabil Hüseynli dedi. Onun fikrincə, sözügedən məsələdə rəsmi Bakı qətiyyətli davranmalıdır:
“Azərbaycana qarşı sözün əsl mənasında sui-qəsd hazırlanırdı, çox təhlükəli plan cızılmışdı. Paytaxt yerləbir ola bilərdi. Allah üzümüzə baxdı. Odur ki, Moskvanı bağışlamaq olmaz. Düşməni beynəlxalq məhkəmələrə vermək lazımdır.
Qoy, sui-qəsd cəhdinin təfərrüatları orada araşdırılsın. Rusiyanın məkrli planı barədə beynəlxalq aləmdə ciddi ictimai şüur yaradılmalıdır”.