Qadın şəhidimizin ailəsinə ev verildi – FOTO

16-07-2021, 20:21           
Qadın şəhidimizin ailəsinə ev verildi – FOTO
Prezidentin mənzillə təmin etdiyi şəhid ailələri içində Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın ailəsi də var.

İyulun 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən Xocəsən yaşayış kompleksində mənzillə təmin olunanların arasında Vətən Müharibəsinin qadın şəhidi Arəstə Baxışovanın ailəsi də var.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri olmuş Arəstə Baxışovanın anası Məktubə xanıma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 otaqlı mənzilin sənədləri təqdim olunub.

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru