Aztəminatlı insanların dövlət hesabına vəkillə təmini üçün yeni mexanizm hazırlanacaq

16-07-2021, 20:47           
Aztəminatlı insanların dövlət hesabına vəkillə təmini üçün yeni mexanizm hazırlanacaq
Mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik ediləcək.

Bakupost.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi” barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair təklifləri üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru