“"Press-reliz" jurnalistləri"nin “Əkinçi” sevinci - YAXUD, ZƏRDABİ YOLUNA DÖNÜKLƏRƏ SÖZARDI

22-07-2021, 09:50           
 “"Press-reliz" jurnalistləri"nin “Əkinçi” sevinci -
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür. Əsası 1875-ci ildə Həsən Bəy Zərdabi tərəfindən qoyulan “Əkinçi”qəzetinin qısamüdətli fəaliyyəti müasir dövrümüzdə də mətbuatımızın istinad mənbəyi oldu.

Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra dövlət olaraq əsas prioriteti də müstəqil mətbuatın təşəkkül tapması idi.

Etiraf edək ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda çap edilən qəzetlərin timsalında ifadə azadlığı vardır.

Təsadüfi deyil ki, müstəqilliyin ilk dövrlərində dərc olunan qəzetlərin tirajı yarım milyona qədər çatmışdı.

Müasir mediamızın da əsas strategiyası “Əkinçi”dən gələn ümummilli məqsədlərin təbliği, hadisələrin obyektiv şəkildə xalqa çatdırılması, insan haqlarına hörmət, cəhalətə qarşı çıxışlar, demokratik ənənələrin və idarəetmənin təbliği oldu.

Ancaq etiraf edək ki, ikinci dəfə qazandığımız müstəqilliyimizin üçüncü on illiyində vəziyyət dəyişdi.

Bu başqa bir müzakirənin mövzusudur.

Sadəcə xatırladaq ki, Azərbaycan Avropa Şurasının, ATƏT-in üzvü kimi ifadə azadlığına təminata dair öhdəliklərə imza atmışdı.

Təəssüflər olsun ki, bu gün ölkədə “Əkinçi”ni təkrarlayacaq, ikinci bir qəzet artıq yoxdur. Amma nə yazıq ki, “Əkinçi”nin adı ilə bazar açan çoxsaylı dələduzlar ordusu yetişib.

Bu insanlar “Zərdabi”, “Əkinçi” adında adlar, mükafatlar, diplomlar satmaqla məşğuldur. Hansi ki, bu müqəddəs adları nə satanlar, nə də o adı almağı özünə rəva görənlər Zərdabinin “Əkinçi”də yazdıqlarından xəbərsizdir.

Bu günlərdə sosial şəbəkələrdə qarşımıza “EMEDİA” GROUP adlı bir qurumun “Əkinçi” mükafatı adı ilə TV jurnalistlərinə diplom payladığının şahidi olduq.

Onların bir qismi hansısa dövlət qurumlarının mətbuat katibi idi.

Yerdə qalanlar isə o jurnalistlərdir ki, fəaliyyəti yalnız “press-reliz” yazmaq, yaxud da onu efirdən səsləndirməkdən ibarət olub.

Onlara bu mükafatı paylayan isə özünü “EMEDİA” Group-un rəhbəri kimi təqdim edən Elşən Nağıyev adlı bir gəncdir. Yerigəlmişkən, Elşənin özünün hansısa bir imza sahibi kimi tanımağa cəhd etsək ki, onun haqqında heç nə tapılmadı. Ortaya çıxan yeganə məlumat isə onun zaman-zaman deputatlara, iş adamlarına diplomlar paylaması barədədir.

Onunla bağlı sadəcə öyrənə bildik ki, adam “Əkinçi” adı ilə bazar açıb.

“”Press-reliz” jurnalistləri”nin isə əllərindəki diplomun fotosunu sosial şəbəkələrdə “”Əkinçi” mükafatına layiq görüldüm” başlığı ilə paylaşması isə bir ayrı dərddir.

O adamlardan soruşmaq istəyirik:

Axı, Zərdabi işıqlı insanları ətrafına toplayaraq, “Əkinçi”nu qurarkən əsas missiyaları başqa olub. Sizin missiyanız nə oldu ki, bu adı özünüzə rəva gördünüz?

Bu günə qədər yazdıqlarinizın içərisindən Zərdabinin prioritet elan etdiyi mövzulardan birini ortaya çıxara bilərsinizmi?

Axı, Zərdabi Şərqin geriliyini həqiqi azadlığın olmamasında görürdüyünü məhz “Əkinçi”də qələmə alıb.

Zərdabi qəzetinə cəlb etdiyi ziyalılarla birlikdə xalqı ayıltmaq üçün böyük riskə gedirdi.

Bəs sizlər necə, nümunə üçün belə bir faəliyyət xatırlaya bilərsinizmi?

Sizlər müasir dövrdə hansı araşdırma mövzusunun müəllifi olmusunuz? Zərdabinin təbliğ etdiyi hansı bir mövzunun arxasınca getdiniz ki, insanlar bunu bilmədi?

Bunları etməmisinizsə, o zaman o adı sizə verən şəxsin, təşkilatın ictimai statusuna diqqət edin və bu tipli tədbirləri boykot edin.

Heç olmasa Zərdabinin alver predmeti olmasının qarşısını almış olarsınız.

Pərviz Həşimli //Gununsesi.info//шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.