Moskva görüşünün detalları üzə çıxır: Putin Paşinyanla nələri müzakirə edib? - İLGİNC

23-07-2021, 09:08           
Moskva görüşünün detalları üzə çıxır:
Bir neçə gün əvvəl Moskvada keçirilən İlham Əliyev-Vladimir Putin görüşündə müzakirə olunan məsələlərin bəzi detalları üzə çıxmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdən sonra bu gün Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Həmin danışıqlar zamanı iki ölkə arasında münasibətlər, Qarabağ məsələsi, Cənubi Qafqazda nəqliyyat-kommunikasiyaların açılması, habelə Azərbaycan-Ermənistan sərhədlərinin delmitasiya və demarkasiya məsələləri müzakirə edilib.

Buna paralel olaraq, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova mətbuata açıqlama verərək, bəzi mətləblər barədə danışıb. O deyib ki, Ermənistan-Azərbaycan sərhədində deeskalasiya delimitasiya prosesinin başlaması ilə təmin edilə bilər.

“Biz sərhəddin demarkasiya və delmitasiya prosesində yaxından iştirak edərək, xəritələr baxımından tərəflərə yardım edə bilərik. Rusiya tərəfi müzakirəni konstruktiv bir məcraya yönəldəcək bir sıra sənədlər hazırlayıb. Hal hazırda bu mövzu ilə bağlı üç ölkənin xarici siyasət, müdafiə nazirlikləri və sərhəd xidmətləri ilə danışıqlar aparılır”.

Qeyd edək ki, Putinlə Paşinyan arasında danışıqların olacağı gözlənilən idi. Çünki İlham Əliyevin Moskva səfərində bir sıra məsələlər müzakirə edilməklə yanaşı, həm də müəyyən təkliflərin də irəli sürüldüyü istisna edilmirdi. Putinin bu gün Paşinyana zəng edərək, həmin təklifləri və yaxın zamanlarda imzalanacaq sülh sazişi ilə bağlı müzakirələr apardığı şübhəsizdir.

Böyük ehtimalla bu danışıqların son mərhələsidir. Artıq hər iki tərəf lazım olan təkliflərini dilə gətiriblər. Bundan sonrakı mərhələ yekun üçtərəfli görüşün keçirilməsi və detalların müzakirəsindən ibarət olacaq. Ardından isə ən geci sentyabrın sonuna kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.