TƏBİB-dən Ramin Bayramlının villası ilə bağlı MARAQLI açıqlama - Pandemiyanın bura nə dəxli var?

30-08-2021, 09:40           
TƏBİB-dən Ramin Bayramlının villası ilə bağlı MARAQLI açıqlama -
"Son günlərdə bəzi saytlarda və sosial şəbəkələrdə TƏBİB rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir”.

Qaynarinfo xəbər verir ki, bu açıqlama ilə TƏBİB çıxış edib. Açıqlamada dəqiq olaraq hansı məlumatların təkzib olunduğu qeyd olunmasa da, bəllidir ki, söhbət TƏBİB sədri Ramin Bayramlının Badamdar qəsəbəsində villa tikdirməsi ilə bağlı xəbərlərdən gedir.

Qurum daha sonra bildirib: "Heç bir ciddi fakta və sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayır və təkzib edirik.

Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru