Bu gün Milli Qəhrəman Tahir Həsənovun şəhadət günüdür....

2-09-2021, 08:25           
Bu gün Milli Qəhrəman Tahir Həsənovun şəhadət günüdür....
Ailənin tək övladı olan kursant Milli Qəhrəman Tahir Həsənovun bu gün şəhadət günüdür!
22 yaşənda təhsilini yarımçıq qoyub orduya qoşulan cavan vətən oğlu. Özünü qumbara ilə partladan kəşfiyyatçı 40-a yaxın düşməni də məhv edib.
Ailənin tək oğlu olan Tahir Vətən uğrunda gedən savaşdan qıraqda qala bilməzdi və qalmadı!
Ailəsindən xəbərsiz, oxuduğu universiteti yarımçıq qoyaraq savaşa getdi və sonsuzluğa qovuşdu, əbədi ölümsüzlüyü qazandı.
Əslində Tahirin bütün həyatı çox adamlara dərs ola bilər və ondan örnək götürməlidir. Müharbəyə gedməmək üçün əlində qanuni əsas olsada Tahir könüllü müharibəyə getdi. Neçə neçə döyüşlərə girdi, silah arkadaşlarının hörmətini və sevgisini qazandı.
Onun üçün gedilməyən yer, keçilə bilməyən cığır, qalib gəlinməyən düşmən yox idi! Və 29 il bundan əvvəl öz şəhadət şərbətini içməyə belə getdi.....
Vətənimizin ən gənc Milli Qəhrəmanlarından olan Tahir Həsənov Bakı şəhərindəki Şəhidlər xiyabanında uyuyur.
Təhsil aldığı 23 saylı orta məktəb hazırda onun adını daşıyır.
P.S. Anası Qalibə xanım şəhidimiz barədə həmişə göz yaşları ilə danışsada,onun danışığında, sözlərində bir qürur hiss olunur. Vətən, Millət, Dövlət sağ olsun deyən Qalibə xanım tək oğlunun şəhidliyini ürək yanğısı ilə qəbul etsədə, həmdə " Böyütdüyüm oğul bu savaşda qıraqda heç cürə qala bilməzdi, məndə ona gedmə deyə bilməzdim!"- deyir!
Ruhu şad olsun şəhid Milli Qəhrəmanımızın!
Nurəddin Xoca
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.