İcra başçısına şikayət edənlər döyüldülər – Xocavənddə olayın təfərrüatı…
2-09-2021, 12:34
Xocavənd mərkəzi Rayon Xəstəxanasının üç işçisinin döyülərək ağır xəsarət almasının səbəbləri üzə çıxıb. Bu barədə zərərçəkənlərdən birinin Reportyor.info-ya verdiyi xəbərə görə, buna səbəb təcili yardım işçilərinin yerli icra hakimiyyətinə baş həkim Kifayət Hacıyevadan şikayət etmələri olub. Onların sözlərinə görə, pandemiya ilə əlaqədar təcili tibbi yardım işçiləri üçün dövlətin ayırdığı əlavə vəsaitdən onlara bir qəpik də verilməyib. Buna görə baş həkimdən Xocavənd icra başçısına şikayət edilib. Bundan sonra məsələ yoluna qoyulub. Lakin K. Hacıyevanın qardaşı oğlu və onun yeznəsi şikayət edənlər arasında təcili yardımın həkimi Məğrur İmanovu və iki sürücünü döyüblər. Zərərçəkmiş M. İmanov deyir ki, hadisə baş həkimin işdən getməsindən 15 dəqiqə sonra baş verib. Hətta onları döyənləri ayırmaq istəyən bir tibb bacısına bıçaq çəkilərək hədə – qorxu gəlinib. M.İmanov və xəsarət alan digərləri öz hesabına müalicə alıblar. Təcili yardımın baş həkimi hadisə barədə K. Hacıyevaya məlumat versə də, tükünü tərpətməyib, xəsarət alan işçilərə heç baş çəkməyib.