BMT və ÜST peyvənd millətçiliyindən imtina etməyə çağırıb

9-10-2021, 08:32           
BMT və ÜST peyvənd millətçiliyindən imtina etməyə çağırıb
BMT-nin baş katibi Antoniu Quterreş və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus dünya əhalisinin COVID-19 əleyhinə qlobal peyvənd strategiyasını təqdim edərək, yenidən peyvənd millətçiliyindən imtina olunmasına çağırıblar.

“Report” xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Strategiyanın məqsədi bütün ölkələrdə ilin sonuna qədər əhalinin 40 %-ni peyvənd etmək, bu göstəricini gələn ilin ortalarına qədər 70 %-ə çatdırmaqdır.

Quterreş və Qebreyesus inkişaf etmiş ölkələri peyvənd dozalarını yoxsul ölkələrlə bölüşməyə və istehsalını genişləndirməyə çağırıblar.

Qeyd edilir ki, yalnız bu yanaşma pandemiyanı dayandıracaq və virusun daha da mutasiyasının qarşısını alacaq. "Peyvəndlərə çıxış bərabərsizliyi COVID-19 pandemiyasını daha da şiddətləndirir. Bu qeyri-bərabərlik virusun yeni variantlarının ortaya çıxmasına və onların dünyada yayılmasına gətirib çıxarır ki, bu da milyonlarla insanın ölümü və trilyonlarla dollar itkisi ilə nəticələnən daha çox iqtisadi tənəzzüllə nəticələnir”, - Quterreş bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru