Ümumdünya Səhiyyə Təşkilatı: Bəşəriyyət hələ COVİD-19 ilə mübarizədə 60 faiz yol qət edib...

10-10-2021, 21:14           
Ümumdünya Səhiyyə Təşkilatı:
Bəşəriyyət koronavirus infeksiyası ilə mübarizədə yolun yarıdan çoxunu qət edib. Buna baxmayaraq, qarşıda gözlənilməz yeni çətinliklərlə rastlaşa bilərik, ona görə də COVİD-19 pandemiyasının bitməsi haqqında proqnoz vermək hələ tezdir.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsveçrənin SonntagsBilck qəzetinə müsahibəsində ÜST-nin baş elmi əməkdaşı Sumya Svaminatan bəyan edib.

Söhbət zamanı jurnalistlər mütəxəssisdən bəşəriyyətin bu bəla ilə mübarizədə hansı mərhələdə olduğu haqqında sualı belə cavablandırıb:

"Ümid edirəm ki, tezliklə biz bu yolun 60 faizini qət edəcəyik. Lakin istisna edilmir ki, qarşıda COVİD-19-la mübarizədə gözlənilməz maneələrlə üz-üzə qala bilərik.

"Vaksinlərin çatışmazlığı biabırçılıqdır". Pandemiyanın kəskin fazası illərlə davam edə bilər. Bəşəriyyət koronavirusa necə qalib gələ bilər?

O, əlavə edib ki, pandemiyanın bitməsi haqqında danışmaq üçün çox şey naməlum qalır, o cümlədən koronavirusun yeni ştamlarının meydana çıxması mümkündür.

Svaminatan qeyd etmişdir ki, dünyanın bir çox hissəsində əhalinin böyük əksəriyyətinin, 70-80 faizinin peyvənd olunması epidemioloji şəraiti yaxşılaşdırır. Lakin digər hissələrində, məsələn, Afrikada əhalinin 4 faizdən az hissəsi immunizasiya edilib.

"Biz bu vəziyyətlə nə qədər çox barışırıqsa, COVİD-19-un yeni variantlarının peyda olması riski bir o qədər artır. Ona görə də ÜST bütün dünyada peyvənd olunma səviyyəsinin yüksəldilməsi üçün vaksinlərin bütün mümkün dozalarından istifadə edilməsinə səsləyir. Buster dozaları (3-cü doza) haqqında isə hamının əsaslı şəkildə peyvənd olunmasından sonra qərar vermək olar"-mütəxəssis qeyd edib.

Bundan əvvəl isə ÜST-nin rəhbəri Tedros Hebreyesus Yer kürəsi əhalisinin 70 faizinin peyvənd olunması üçün lazımi preparatların miqdarını qiymətləndirib. O, qeyd edib ki, koronavirus vaksinlərinin bölüşdürülməsində qeyri-bərabərlik qlobal fəlakətə gətirib çıxarıb, amma vəziyyəti düzəltmək mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.