Birinci sinfin "Azərbaycan dili" dərsliyində biabırçı səhvlər - FOTO

13-10-2021, 11:22           
Birinci sinfin "Azərbaycan dili" dərsliyində biabırçı səhvlər - FOTO
Birinci sinfin "Azərbaycan dili" dərsliyində dil normaları və qaydaları kobud şəkildə pozulub. Belə ki, kitabda 6-cı dərsin adı "Uzaylı dostumuz" kimi ifadə olunub. Halbuki, bu söz Azərbaycan dilinin orfoqrafiya lüğətində yadplanetli kimi qeyd edilib.

Kitabda yanlışlıqlar bununla bitmir. "Peşələr və alətlər" dərsində də şəkil üzrə verilən izahlı cümlədə anlaşılmazlıq var. Şəkildə, "Seçdiyiniz peşəyə aid rollu oyun hazırlayın" ifadəsi başa düşülmür. Burada qrammatik normalar pozulub. Cümlə, məsələn, "Seçdiyiniz peşəyə aid oyunu personajlarla göstərin" və ya "Seçdiyiniz peşəyə aid səhnə qurun" kimi ifadələrdən istifadə oluna bilərdi.

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib.

Onu da nəzərə çatdıraq ki, bu kitab rus bölməsi üzrə birinci sinif şagirdlərinin "Azərbaycan dili" dərsliyidir.

"Yeni Müsavat"



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru