Bir il əvvəl bu gün azad edilən ərazilər - SİYAHI

15-10-2021, 08:05           
Bir il əvvəl bu gün azad edilən ərazilər - SİYAHI
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatları ilə Qarabağı işğaldan azad edirdi.

Azərbaycan Ordusu oktyabrın 15-də də sürətli əks-hücum əməliyyatları həyata keçirib.

Düz bir il əvvəl, oktyabrın 15-də azad olunmuş ərazilərin siyahısını təqdim edirik.

Həmin gün müzəffər Azərbaycan Ordusu Füzulinin Arış və Cəbrayılın Doşulu kəndlərini işğaldan təmizləyib.

Azərbaycan Ordusu Xocavənddə də bir neçə kəndi Ermənistanın işğalından azad etmişdi.

Belə ki, Ordunun əməliyyatları ilə Xocavəndin Edişə, Düdükçü, Edili, Çiraquz kəndləri işğaldan azad olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru