Üzeyir Hacıbəyov Naxçıvanı SSRİ-də hansı statusda təmsil edib? – Tarixi fakt…

11-11-2021, 07:49           
Üzeyir Hacıbəyov Naxçıvanı SSRİ-də hansı statusda təmsil edib? – Tarixi fakt…
Jurnalist Məhəmmədəli Qəribli özünün sosial şəbəkədəki hesabında maraqlı bir tarixi əks etdirən və 1941-ci ildə nəşr olunan qəzet səhifəsini paylaşıb. Azinforum.az həmin statusu və fotonu təqdim edir:

“Əlimə çox maraqlı olan bir tarixi bir fakt keçdi. Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan “Şərq Qapısı”nın 1941-ci ildə nəşr edilən saylarından birində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun SSRİ Ali Sovetinə Naxçıvandan deputat seçildiyinə dair fakt öz əksini tapır.

Sən demə, 1946-cı ildə isə ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçilən dahi bəstəkar bundan əvvəlki çağrışda da ittifaq dövlətinin parlamentində Naxçıvan Muxtar Respublikasını təmsil edib. Yəni 1940-1945 və 1945-1950-ci illərdə Naxçıvanın SSRİ Ali Sovetindəki deputatı olub.

Paylaşdığım qəzet materialındakı yazıdan görünür ki, Üzeyir Hacıbəyov bir deputat kimi Naxçıvana etdiyi səfərlər zamanı oranın bütün rayon və kəndlərini qarış-qarış gəzib. Etiraf edim ki, bu tarixi fakt mənim üçün bir yenilik oldu”.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru