Ermənistan siyasi "şpaqatda" - VİDEO
17-11-2021, 10:18

Bu gün səhər saatlarından Azərbaycanla sərhəddə genişmiqyaslı təxribatlara əl atan Ermənistanın bu cəhdinin uğursuzluqla nəticələnməsi, Ermənistan hərbi bölmələrinin hücumunun tam iflasa uğraması İrəvanda böyük bir çaxnaşmaya səbəb olub. indi təkcə Ermənistan ordusunda deyil, siyasi-ictimai dairələrində, mediada da təşviş müşahidə olunur. Əlacı xarici havadarlarda axtaran erməni cəmiyəti BMT və KTMT başda olmaqla beynəlxalq qurumlara müraciətlər ünvanlamaqdadır. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sərhəki hadislərdən dərhal sonra Ermənistan ictimai televizyası ilə canlı yayımla Moskvanı Ermənistan ərazisini qorumağa çağırıb. 1997-ci ildə imzalanmış qarşılıqlı yardım haqqında müqaviləyə əsasən Kremldən kömək gözlədiklərini deyib. O deyib ki, söhbət hələ şifahi müraciətdən gedir, lakin yazılı müraciət də istisna deyil. Rusiya kömək etməsə NATO-dakı dostlarına müraciət edəcəklər. Kremlə qarşı belə şantaj xaraketrli bəyanatalrdan biridə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryandan gəlib. Koçaryan bildirib ki, Rusiya hökuməti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə reaksiya verməsə, İrəvanın Moskvaya qarşı münasibətləri dəyişəcək.
Bu cür bəyantlar Ermənistan cəmiyyətində də birmənalı qarşılanmyaıb. Məsələn Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan ölkəsinin Rusiya, KTMT və dünya ictimaiyyətini sərhəddəki vəziyyətə reaksiya verməyə çağıran bəyanatını pisləyib. Qorxaq qadınlar kimi hamıya yalvarmağı kəsin. Təcili olaraq Baş Qərargah rəisi Davtyanı dəyişin. Səfərbərlik elan edin. Lakin ermənilər Paqosyanın düşündüyü kimi bu səfərbərliyə razıdırmı. Bir il əvvəlki acı məğlubiyyətin qorxusu hələ də canlarından çıxmayan erməni gənclər, onların valideyni bu gün nə erməni hakimiyyətinə inanır, nə də onların təxribatına qurban getməyə hazırdır.