Erməni təxribatı davam edir, Azərbaycanda siyasi partiyalar və QHT-lər niyə susurlar? - "Gözləyirlər ki..."

17-11-2021, 19:29           
 Erməni təxribatı davam edir, Azərbaycanda siyasi partiyalar və QHT-lər niyə susurlar? - "Gözləyirlər ki..."
“Hər bir siyasi partiyanın əsas vəzifəsi cəmiyyətdə baş verən hadisələrə anında reaksiya verməkdir. Yəni, partiyalar bir növ xalq və iqtidar arasında siyasi körpü rolunu oynayırlar. Azərbaycanın daxildən qarışmasını istəyən siyasi partiyalar isə bunu etmir. Ötən gün 7 şəhid vermişik, 10 nəfər hərbçi isə yaralanıb. Belə çətin vəziyyətdə ölkənin siyasi partiyası susursa, ona nə ad vermək olar?! Görünən odur ki, Azərbaycanı bəlanın içinə atmaq istəyirlər. Rusiya Prezidenti Vladimir Putin türk dövlətlərinin xüsusi təşkilatının yaradılmasının fakturasını Azərbaycana kəsmək istəyir. Bütün bu oyunların arxasında Rusiyanın xüsusi kəşfiyyat bölmələri dayanır. Azərbaycanda da Rusiyaya məxsus "5-ci kolon"a xidmət edən kifayət qədər siyasi partiya var"

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev sərhəddə baş verən son hadisələr, erməni təxribatları ilə bağlı ölkənin siyasi partiyaları və QHT-lərinin passivliyi barədə danışarkən deyib.

Siyasi şərhçi bildirib ki, şəhid verən xalqa "xidmət edən" siyasi partiya bu məsələyə reaksiya vermirsə, onların anti-milli qüvvələrdən heç bir fərqi yoxdur: “Müxalifət reaksiya vermir, cəhənnəmə versin, bəs iqtidar?! Parlamentdə ümumilikdə 10-dan çox partiyanın nümayəndələri beynəlxalq təşkilatlara niyə müraciət etmirlər?! Axı Azərbaycanın sərhədləri pozulub. İstəyirlər ki, Azərbaycan ordusu sərhədi keçsin və KTMT-nin 4-cü maddəsini əsas tutaraq millətimizi qırsınlar. Məgər az qırılmışıq?! Siyasi partiyaların aktivliyi iqtidara yox, millətə lazımdır. Əgər bir millətin partiyası ona nankorluq edir, lazım olan vaxtda onun arxasında dayana bilmirsə, həmin siyasi partiyanın 1 qara qəpiklik qiyməti yoxdur. Bəzi partiyalar gözləyirlər ki, nə vaxtsa İlham Əliyev yıxılacaq, onun əvəzinə hakimiyyətə gələcək, onda əllərinə xına qoyacaqlar. Unudurlar ki, indiki passivlikləri ilə əllərini xınalamaq yerinə, şəhidlərin qanına batırırlar. Bu, yolverilməzdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.