Ramiz Mehdiyev Akademiyanın bağında - FOTOLAR

19-11-2021, 17:43           
Ramiz Mehdiyev Akademiyanın bağında - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olub.

Bizimxeber.az xəbər verir ki, Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev bağda görülən işlər barədə AMEA rəhbərinə məlumat verərək bildirib ki, alimlərin rəyi əsasında müəyyənləşdirilmiş 10 minə yaxın müxtəlif yeni növ dekorativ bitkilərdən - Şərq tuyası, limon Şərq tuyası, ardıc, başınağacı, sidr, evenus, piramidal həmişəyaşıl sərv və meyvə ağaclarından limon, alma, armud, albalı, alça əkilib, suvarma işləri aparılıb, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəzlənib.

Eyni zamanda bağın ekskursiya sahələrinin işıqlandırma sisteminin quraşdırılması prosesi həyata keçirilib, naqillər salınıb və işlərin son mərhələsində işıq dirəkləri quraşdırılıb.

AMEA-nın prezidenti R.Mehdiyev yenidənqurma, abadlıq və quruculuq işlərini yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini verib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru