İnsanlıq qatilləri Ermənistanda milli qəhrəman elan edildi - Sasunyan da qəhrəman?..
22-11-2021, 18:19

Azər Həsrət: “Ermənilərin uşaq qatillərini dünyaya “qəhrəman” kimi təqdim etməsi təəccüblü deyil”
Onları haqlı olaraq mələklər, Yer üzünün ən sevimli varlıqları adlandırırlar. Dahi Dostoyevski isə uşaqları dünyanın ən böyük səadəti sayırdı. Onlarsız həyatın sevinci, insanlığın gələcəyi yoxdur! Dünyanın hər zaman ən məsum, günahsız varlıqları məhz uşaqlar olub.
Hər bir ailənin xoşbəxtlik timsalı, dünyanın sülh rəmzi yenə onlardır. Amma bu xoşbəxtliyə göz qırpmadan qıyanlar, dünyanın sülh rəmzinə qanlı əllərini tərəddüd etmədən uzadanlar da var! İnsan adını daşımağa layiq olmayan bu cür bədxahlar balaca mələkləri - uşaqları həyat eşqini, sevincini, kədərini duymadan işıqlı dünyaya həsrət qoymaqla, bu məsumları qətlə yetirməklə təkcə insanlığa yox, Tanrıya qarşı da çıxmış olurlar! Necə ki, yalnız bioloji baxımdan insan adı daşımağa layiq olan ermənilər bunu edib. Onlar daha çox azərbaycanlı uşaqları qətlə yetirmək üçün ən ağlagəlməz hiylələrdən istifadə ediblər.
Uşaq qatili olan Sasunyan, Melkonyan və Karapetyan kimi terrorçular Ermənistanda milli qəhrəman elan edilib. Hətta onların terror taktikası vəsf edilir, gələcək nəsilləri onların davamçısı olmağa sövq edirlər. Bu yaxınlarda Ermənistanın Masis şəhərində erməni terrorçu Monte Melkonyanın büstü qoyulub. Qeyd edək ki, M.Melkonyan birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalında iştirak edib və əsir götürdüyü azərbaycanlılara olmazın işgəncələr verib.
Ermənilər Sasunyanı belə qəhrəman kimi təqdim edirlər. Qeyd edək ki, Sasunyan 1982-ci ildə Los-Ancelesdə Türkiyənin baş konsulu Kamal Arıkanı qətlə yetirib. Sasunyan daha çox uşaq qatili kimi tanınır. Bu şəxs adını 1990-cı illərdə torpaqlar işğal olunan zaman azərbaycanlı uşaqları iri trubanın içinə yığaraq ağzını qaynaqlamaqla bu toplumun bədnam tarixinə yazıb.
Təəssüf ki, Ermənistan ictimaiyyəti həyasızcasına uşaq qatillərini, terrorçuları qəhrəman kimi ictimaiyyətə təqdim edir.
“Ermənistan bütün dövrlərdə öz siyasətində ikiüzlü davranıb, bu fakt da onların necə millət olduğunu bir daha aşkar edir”
Siyasi ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanın bu cür mövqe nümayiş etdirməsi gözlənilən idi: “Ermənistan istənilən dövrdə belə terror və qətləri təşviq edib. İkinci Dünya müharibəsi zamanı ermənilərin Hitler faşisti tərəfindən dünyanın mütərəqqi qüvvələrinə qarşı vuruşması da sirr deyil. Bu faktı bütün dünya bilir. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq platformalardakı çıxışlarında ermənilərin faşizmi qəhrəmanlaşdırması ilə bağlı həyəcan təbili çalıb. Bununla bağlı beynəlxalq qurumlarda belə müzakirələr aparılıb. Ermənilərin uşaq qatillərini dünyaya “qəhrəman” kimi təqdim etməsi təəccüblü deyil. Ermənistan bütün dövrlərdə öz siyasətində ikiüzlü davranıb. Bu fakt da onların necə millət olduğunu bir daha aşkar edir”.
Günel CƏLİLOVA