Bakıda Şah Qacarın, Şah İsmayıl Xətainin özəl yeməklərini hazırlayan restoran açıldı - "Xanədan"...

6-05-2015, 14:38           
Bakıda Şah Qacarın, Şah İsmayıl Xətainin özəl yeməklərini hazırlayan restoran açıldı - "Xanədan"...
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov restoran açıb.

Axşam.az xəbər verir ki, "Xanədan" adlı məkan milli mətbəximizi sevənlər üçün yeni ünvan olmağa iddialıdır.

T.Əmiraslanovun sözlərinə görə, restoran bir çox cəhətləri ilə digərlərindən fərqlənir:

"Restoran bir müddət əvvəl fəaliyyətə başladı. Burada menyu çox fərqlidir. Yalnız milli və tarixdə qalmış yeməklər təqdim olunur. Şah Qacarın, Şah İsmayıl Xətainin özəl yeməkləri məhz bu restoranda hazırlanır. Həmçinin bölgələrimizə xas olan, itib-batmış yeməkləri təqdim edirik. Hər bir resept xüsusi hazırlanıb. Bilirsiniz ki, qədimdə yeməklərdə qram məsələsi olmadığına görə tam reseptləri itib-batıb. Biz onları araşdırıb bərpa etmişik. Avropa Oyunları öncəsi belə bir məkan yaratdıq ki, xarici qonaqlar sırf milli mətbəximizlə tanış olsunlar. Qiymətlər isə digərlərindən fərqlənmir. Hətta daha ucuzdur. Tam əminliklə deyə bilərəm ki, bizim məkandakı təamlara başqa yerdə rast gəlmək mümkün deyil”.

Ünvan: Ziya Bünyadov küçəsi 43

Telefon: (012) 562 14 08 (050) 744 40 72












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.