Mehman Əliyev Əhməd İsmayılovla debatdan imtina etdi ?

18-12-2021, 00:05           
Mehman Əliyev Əhməd İsmayılovla debatdan imtina etdi ?
Milli Məclisin müzakirəsinə çıxarılan “Media haqqında” qanun layihəsi ilə bağlı ən çox tənqid səsləndirən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev mövqeyini televiziyada açıq debatda əsaslandırmaq istəməyib.
Bakupost.az xəbər verir ki, bu haqda Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə genişlənmiş onlayn iclasının gedişində məlum olub.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışı zamanı bildirib ki, layihə ilə bağlı bütün maraqlı tərəflərlə açıq müzakirələrə hazırdır. Amma qarşı tərəf iradlarını açıq debatda əsaslandırmaqdan çəkinir: “Biz bu qanun layihəsinin müzakirəsi zamanı müxtəlif debatlarda iştirak etmişik. Dünən də “İctimai Televiziya”dan belə bir dəvət aldıq və Mehman Əliyevlə açıq müzakirədə iştirak etməyə razılığımızı bildirdik. Amma sonradan məlum oldu ki, Mehman müəllim məsələnin bu cür debatlarda müzakirəsinə tərəfdar deyil”.
Qeyd edək ki, M.Əliyev debatlardan imtinasını “qanun layihəsi ilə bağlı ümumi strategiyanın olmaması” ilə izah edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru